Universitetimiz Struktur Tədris hissəsi Elmi hissə Tələbə qəbulu Fotoqalereya Az

Ru

En

 

 

 

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

 

KİV LDU haqqında

 

 

      Yeniliklər

 

 

Faydalı keçidlər

 

LDU-nun rektoru vəzifəsini icra edən prof. Nizami Yusubov

Lənkəran şəhər "Gənclər və idman" idarəsinin kollektivi ilə görüşdü.

 

 

Lənkəran Dövlət Universiteti rektoru vəzifəsini icra edən professor Nizami Yusubov 12 may 2016-cı ildə Lənkəran şəhər "Gənclər və idman idarəsi"nin bir qurup əməkdaşlarını qəbul etmişdir. Görüşdə İdarənin rəisi Yalçın Əhmədov, rəis müavini Elbəy Fətəliyev, baş məsləhətçi Sadiq Həmidov, baş məsləhətçi Əli Nurullayev və mühasib Mehman Əliyevdən ibarət kollektiv gənclərin təhsilə və dinamik həyata inteqrasiyası, asudə vaxtlarının səmərəli keçirilməsi, ümumilikdə gənc nəslin qarşıda duran problemləri və onlardan gözləntilər haqqında məsələlər müzakirə edildi. Prof. Nizami Yusubov Universitetin fəaliyyətində bundan sonra da gənclərin aktiv fəaliyyətini dəstəkləyəcəyini, elmi tədqiqat işlərinə cəlb ediləcəyini, kadr siyasətində gənclərə üstünlük veriləcəyini, gənclərin işlə təmin olunması üçün yaxından köməklik edəcəyini bildirdi. Eyni zamanda Lənkəran rayon "Gənclər və idman idarəsi"nin fəaliyyətinin olduqca aktual olduğunu və Respublikada aparılan gənclər siyasətinin bir hissəsi kimi hər zaman onları dəstəkləyəcəyini bildirdi.

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

   
 

     

       

 Lənkəran Dövlət Universiteti - 2015

Bütün hüquqlar qorunur

Vebadministrator