Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

Xəbərlər...

 

Lənkəran Dövlət Universitetində Doktorantura və Dissertanturaya keçiriləcək qəbul imtahanlarının vaxtı açıqlandı... =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

AKTUAL ELANLAR

DİQQƏT!

 

Lənkəran Dövlət Universiteti 2017-ci il üçün aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir... =>

Daha ətraflı =>

 

 

DİQQƏT!

Lənkəran Dövlət Universitetində bаkаlаvriat və magistratura səviyyələrinin tədris qrupları üçün 2017/2018-ci tədris ili üzrə payız semestrinin imtahan sessiyasının müvafiq əsasnamələrin müəyyən etdiyi qaydalara uyğun keçirilməsi və tələbələrin biliyinin yoxlanılması haqqında əmr imzalandı...

Daha ətraflı =>

 

 

KARYERA MƏRKƏZİ

Lənkəran Dövlət Universiteti vakant yerlər üzrə vəzifələri tutmaq üçün müsabiqə elan edir... =>

Daha ətraflı =>

 

 

LDU-da yaradılan ictimai şura fəaliyyətinə start verdi.

 

 

Lənkəran Dövlət Universitetində yaradılan ictimai şura payız imtahan sessiyasında imtahanların gedişini izləmək istiqamətində fəaliyyətinə artıq başlayıb.
Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri Sərhad Məmmədov başda olmaqla ictimai şuranın üzvlərindən bir qrupu təcrübəli pedaqoq Söhbət Ağayev, şəhər gənclər və idman idarəsinin rəis müavini Elbəy Fətəliyev Lənkəran Dövlət Universitetinin tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən filologiya elmləri doktoru,professor Yədullla Ağazadənin müşaiyəti ilə bu gün səhər saatlarından universitetin hər iki tədris korpusunda imtahanların gedişini canlı izləmək imkanı əldə ediblər. Şura üzvləri imtahanlarda tələbələrə öz biliklərini nümayiş etdirmək üçün lazımi şəraitin yaradıldığına əyani şahid olublar.

 


Eyni zamanda,ictimai şura üzvləri Lənkəran Dövlət Universitetinin təhsil həyatı, burada professor-müəllim tələbə heyəti üçün yaradılan şərait, son ildə tədrisin modern təşkili, universitetin yenilənmiş maddi-texniki bazası, elmi kitabxanası, xaricdən alınmış tədris avadanlıqları, labaratoriyalarla da yaxından tanış olmaq imkanı qazanıblar.
Dosent İdrak Əsgərov imtahanların gedişinin tədrisin təşkili və təlim texnologiyaları mərkəzindən vebkameralarla birbaşa izləndiyini ictimai şura üzvlərinin diqqətinə çatdırıb .Prosesi yaxından izləyən şura üzvləri işin yüksək səviyyədə təşkilinə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 


Ölkədə ilk dəfə məhz Lənkəran Dövlət Universitetində kənar yerlərdən dəvət edilmiş professor-müəllim heyətinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə dərs ilinin əvvəlində istifadəyə verilmiş xidməti mənzillərlə tanışlıq da şura üzvlərinin böyük marağına səbəb olub.Qonaqlar müəllimlər üçün bu cür əlverişli iş şəraitinin yaradılmasının tədrisin keyfiyyətinə təsirsiz qalmayacağını,obyektivliyin və şəffaflığın təminində müsbət rol oynayacağını qeyd ediblər.
Xatırladaq ki, ictimai şura LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun təşəbbüsü ilə imtahanlarda şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə bu il ilk dəfə yaradılıb və tərkibinə ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri, media nümayəndələri daxil edilib.

 

 


Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri.

Digər xəbərlər =>

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator