Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

Xəbərlər...

   

 

Faydalı keçidlər

 

 

 

 

VİDEO =>

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

Gənc tədqiqatçıların

nəzərinə:

 

17 oktyabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində “Müasirləşən Azərbaycan: Yeni yüksəliş mərhələsi” mövzusunda gənc tədqiqatçıların (bakalavriat, magistrant, doktorant) respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

Qiyabi təhsil forması üzrə I tədris ili tələbələrinin nəzərinə:

2017/2018-ci tədris ilində LDU-nə qiyabi təhsil forması üzrə qəbul olunmuş tələbələrin ilk sessiya müddəti 2017-ci il oktyabr ayının 10-dan 28-dək davam edəcəkdir.

 

 

 

Böyük Britaniya və Şimali İrlandiya Krallığının

Azərbaycandakı səfiri LDU-da olub.
 

 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri xanım Karol Krofts cənub bölgəsinə səfəri çərçivəsində bu gün Lənkəran Dövlət Universitetində olub.Xanım səfiri LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qarşılayıb.Hörmətli qonağa LDU,burada son iki ildə tədrisin səviyyəsini yüksəltmək istiqamətində aparılan modern islahatlar,kadr hazırlığının təkmilləşdirilməsi sahəsində dünya təcrübəsinin tədbiqi və sair barədə ətraflı məlumat verilib. Universitetdə fəaliyyət göstərən xarici dil kafedrasının işindən ətraflı bəhs edən rektor Natiq İbrahimov ingilis dilinin öyrədilməsi istiqamətində səmərəliliyi artırmaq ,keyfiyyəti yüksəltmək məqsədi ilə bu dildə səfirliyin xətti ilə xüsusi dil kurslarının açılmasına ehtiyac duyulduğunu qeyd edərək bu məsələyə xanım səfirin yardımçı olmasını xahiş edib.Söhbət əsnasında Böyük Britaniyanın ali təhsil müəssisələri ilə qarşılıqlı elmi əməkdaşlığın,tələbə-müəllim mübadiləsinin forma və istiqamətləri müzakirə edilib,LDU-da müxtəlif ixtisaslarda təhsil alan tələbələrin bu ölkənin nufuzlu təhsil ocaqlarında mübadilə proqramlarında iştiraklarının səmərəli ola biləcəyi xanım səfirin diqqətinə çatdırılıb.

 


Xanım səfir Karol Krofts belə bir təkliflə təmsil etdiyi ölkənin aidiyyatı qurumlarını məlumatlandıracağını deyərək məsələnin həllinə yardımçı olacağını vəd edib.Sonra xanım Karol Krofts LDU-nun tələbələri ilə görüşüb. Universitet rəsmilərinin və medianın iştirakı olmadan keçirilən görüşdə Böyük Britaniyalı diplomat tələbələri maraqlandıran çoxsaylı suallları cavablandıraraq onlarla canlı təmas yaradıb.
Tələbələrlə görüşdən sonra LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov xanım səfirə universitetdən xatirə kimi universitetin ingilis dili müəllimi Aynur Rzayevanın əl işi olan, bölgə təbiətini əks etdirən tablo hədiyyə edib.Universitetdəki görüşdən aldığı təəssüratla bağlı medianın sualını cavablandıran xanım diplomat LDU ilə tanışlığın onda xoş hisslər oyatdığını,tələbələrin hazırlıq səviyyəsindən,səmimi diskussiyadan razı qaldığını və cənub təbiətinə,qonaqpərvərliyinə məftun olduğunu bildirib.Sonda xatirə şəkilləri çəkilib.
Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri.
 

 

 

 

 

 

 


 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator