Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

Yenilikler

 

Faydalı keçidlər

 

 

24.02.2017:

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminar keçirildi.

 

AKTUAL ELANLAR

LDU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Təbiət və humanitar elm sahələrinin inkişaf problemləri” adlı respublika elmi konfransı keçiriləcəkdir >>>

 

LDU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tələbələrin bədii yaradıcılıq festivalı keçiriləcəkdir >>>

 

LDU- ali orta ixtisas təhsili müəsisələrinin tələbələri və ümumi təhsil müəsisələrinin şagirdləri arasında “Regional fizika və riyaziyyat” fənn olimpiadası keçiriləcəkdir >>>

 

İnsan alveri cinayətlərinin xəbərdarlığı və profilaktikasında

ictimaiyyətin rolu mövzusunda tədbir keçirilib.

 

 

LDU-da “İnsan alveri cinayətlərinin xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu” mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Polisə dəstək“ ictimai birliyi insan alveri ilə mübarizə tədbirləri çərçivəsində “İnsan alveri cinayətlərinin xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu” mövzusunda tədbir keçirib. Tədbirdə universitetin tələbə-müəllim  heyəti və Lənkəran rayon polis şöbəsinin əməkdaşları iştirak edib.

Tədbiri dosent İdrak Əsgərov açaraq müasir dünyada insan alverini mütəşəkkil cinayətkarlığın ən ağır forması adlandırıb və mübarizə usulu kimi profilaktik tədbirlərin vacibliyini qeyd edib. Mövzu barədə iştirakçılara “Polisə dəstək “ ictimai birliyinin sədri Şəmsəddin Əliyev geniş açıqlama verib. Məruzəçi bildirib ki, DİN-nin statistik məlumatlarına görə 2016-cı il ərzində 141 insan alveri faktı qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 29,4% çoxdur. Bununla bağlı 15 cinayətkar qrup zərərsizləşdirilib, 70 insan alveri qurbanına dövlət tərəfindən birdəfəlik müavinət verilib, 25 nəfəri işlə təmin edilib, 38 nəfəri peşə kurslarına  göndərilib.

İnsan alveri ilə mübarizədə ictimaiyyətlə əlaqənin gücləndirilməsini və bu istiqamətdə cinayətlərin qarşısını almaq üçün ictimai dəstəyin təmin edilməsini  vacib sayan Ş.Əliyev maarifləndirici xarakterli profilaktik tədbirlərin keçirilməsinin bu işdə mühüm rol oynadığını xüsusi qeyd edib. Çünki bu tədbirlər şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli əməllərdən, sağlamlığa ziyan vuran, ictimai mənəviyyatın pozulmasına təsir edə biləcək, hüquqa zidd hərəkətlərdən qorunmaq işinə ictimaiyyətin dəstəyini təmin etmək imkanı yaradır. Mövzunu şərh edərkən konkret həyati faktlara istinad edən məruzəçi gəncləri və qadınları xaricdə iş seçimləri edərkən ehtiyatlı olmağa, bu barədə müvafiq qurumları operativ məlumatlandırmağa çağırıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Digər xəbərlər>>>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator