Universitetimiz Struktur Tədris hissəsi Elmi hissə Tələbə qəbulu Fotoqalereya Az

Ru

En

 

 

 

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

 

KİV LDU haqqında

 

 

      Yeniliklər

 

 

Faydalı keçidlər

 

"Gələcək nəsillərlə üz-üzə" -

VI ümumrespublika inşa müsabiqəsi

29 aprel 2016-cı ildə HYYAT REGENCY BAKU otelinin Quba zalında "Gələcək nəsillərlə üz-üzə" VI ümumrespublika inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

Bu yarış Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq problemləri Üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilirdi. Tədbir 2 hissədən, nümayəndələrin çıxışı və mükafatlandırma hissəsindən ibarət idi. İnşalar seçilmiş 15 mövzu üzrə yazılmışdı. Bu  mövzular Minilliyin layihəsinin ( The Millenium Project)  15 çağırışı üzrə müəyyən olunmuşdur.

Tədbirin açılışında ilk çıxışı Azərbaycan Fturoloqlar Cəmiyyəti, Müsabiqənin Təşkilat komitəsinin və Minilliyin layihəsinin Azərbaycan bölməsinin sədri Reyhan Hüseynova etdi. O, 10 ildir yaranan Fturoloqlar Cəmiyyətinin Azərbaycanda gördüyü işlər, tədbirlər haqqında danışdı VI dəfə keçirilən İnşa müsabiqəsinin bundan sonrakı illərdə davam edəcəyini bildirdi. Bundan sonra söz Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimova verildi. O da öz növbəsində öz adından və bütün nazirlik kollektivi adından müsabiqə iştirakçılarını təbrik etdi.

Azad Rəhimovdan sonra Ailə, Qadın və Uşaq problemləri Üzrə Dövlət Komissiyasının sədri Hicran Hüseynova çıxış etdi. O iki təşkilatın birgə iş fəaliyyətindən və bu fəaliyyətin uğurlarından bəhs etdi.

Bu tədbirin ən önəmli qonağı Minilliyin layihəsinin Meksika bölməsinin sədri xanım Konsepsion Olavaretta idi. O, layihənin rəhbəri Jerome Gleynin təbriklərini çatdırdı. Çıxışlar bitdikdən sonra müsabiqə qaliblərinin təltif olunma mərasimi başladı.

Tədbirdə Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsi üzrə Biznesin idarə edilməsi ixtisasının I tədris ili tələbəsi Zalıyev Hüseyn Zalı oğlu yazdığı "Sağlamlığa təhlükə" mövzusunda inşa ilə VI ümumrespublika inşa müsabiqəsində I yerə çıxaraq qalib olmuşdur. Bu uğur bizim universitetin Respublikadakı imicinə müsbət formada təsir edəcəkdir.

Bu münasibətlə biz də Lənkəran Dövlət Universitetinin rəhbərliyi və kollektivi adından tələbəmiz Zalıyev Hüseyn Zalı oğlunu təbrik edir, bundan sonrakı həyatında və təhsilində müvəffəqiyyətlər arzu edirik!

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

   
 

     

       

 Lənkəran Dövlət Universiteti - 2015

Bütün hüquqlar qorunur

Vebadministrator