Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

Yeniliklər

 

Faydalı keçidlər

 

 

 

 

24.02.2017:

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminar keçirildi.

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİ

ƏMR 2\34

 Lənkəran şəhəri                                                                           10 mart 2017-ci il

 

2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan edilməsi ilə əlaqədar Lənkəran Dövlət Universitetinin Tədbirlər Planınının təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin “2017-ci ili Azərbaycan Respublikası “İslam Həmrəyliyi ili” elan edilməsi haqqında” 10 yanvar 2017-ci il tarixli Sərəncamının və “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan edilməsi ilə bağlı Tədbirlər Planınının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Administrasiya rəhbərinin 10 fevral 2017-ci il tarixli 30 nömrəli Sərəncamının 3-cü bəndinin, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirinin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan edilməsi ilə bağlı Tədbirlər Planınının təsdiq edilməsi barədə 27 fevral 2017-ci il tarixli, 117 nömrəli əmrini icra etmək məqsədilə

əmr edirəm:

1.   Azərbaycan Respublikasında “İslam Həmrəyliyiili” elan edilməsi ilə bağlı Tədbirlər Planınının təsdiq edilməsi barədə Təhsil Nazirinin 27 fevral 2017-ci iltarixli, 117 nömrəli əmri icra üçün əsas götürülsün.

2.2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planı əsasında Lənkəran dövlət Universitetinin Tədbirlər Planı təsdiq edilsin(əlavə olunur).

3.Tədbirlər Planının yerinə yetirilməsi, görülmüş işlər barədə 2017-ci il dekabrın 15-dək Təhsil Nazirliyinə hesabat təqdim edilsin.

4.Maliyyə şöbəsi (Rəşad Rzazadə) Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi ilə əlaqədar məsələləri həll etsin.

5.Əmrin icrasına nəzarət Tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən prof. Yədulla Ağazadəyə tapşırılsın.

Əsas: Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun 27 fevral 2017-ci il  tarixli 117 saylı əmri.

Rektor vəzifəsini icra edən:                            prof. Natiqİbrahimov


 

Lənkəran Dövlət Universitetinin 2017-ci ilin “İslam Həmrəyliyi ili”

elan edilməsi ilə bağlı Tədbirlər Planı

 

 

Tədbirin adı

İcra vaxtı

İcraya məsul şəxs

1.

İslam Həmrəyliyi ili ilə əlaqədar Xarici təşkilatların, İslam ölkələrinin nümayəndələri ilə görüşlərin təşkil edilməsi

İl ərzində

EBƏŞ, BAHK, TGT

3.

İslam Həmrəyliyi mövzusunda elmi seminarların keçirilməsi.

İl ərzində

 “Humanitar fənlər”,“Tarix və onun tədrisi metodikası” kafedraları

4.

İslam Həmrəyliyi mövzusunda inşa müsabiqəsi keçirilməsi.

İl ərzində

Dekanlıqlar, TGT

5.

Multikultiralizmə giriş və Mədəniyyətşünaslıq fənlərində İslam Həmrəyliyi ilə bağlı mühazirələrinkeçirilməsi.

İl ərzində

Dekanlıqlar, “Humanitar fənlər” kafedrası

6.

İslam Həmrəyliyi ilə əlaqədar Dini İşlər üzrə Dövlət Komitəsinin Cənub bölgəsi üzrə Lənkəran şöbəsi və Lənkəran şəhər Gənclər və İdman idarələri ilə birlikdə tədbirlər keçirilməsi.

Il ərzində

TGT, BAHK, TTTTM, EBƏŞ

7.

Keçirilən tədbirlərin mətbuatda və Universitetin rəsmi veb (www.lsu.edu.az) saytında işıqlandırılması

Il ərzində

İKT və Kitabxana Mərkəzi

 

 

 

 

Rektor vəzifəsini icra edən:                    prof. Natiqİbrahimov

 

Digər xəbərlər>>>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator