Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

Xəbərlər...

  2017/2018-ci tədris ilində LDU-nə qəbul olunmuş magistrantların nəzərinə!

 

Faydalı keçidlər

 

 

VİDEO =>

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

Lənkəran Dövlət Universitetində ali məktəblərdə tyutor vəzifəsində çalışmaq istəyən magistr dərəcəli məzunlar və magistraturanın sonuncu tədris ili tələbələri üçün kurslar təşkil olunur =>

 

 

2017/2018-ci tədris ilində LDU-nə qəbul olunmuş magistrantların nəzərinə!

02.07.2017:

LDU kollektivi "Böyük gəzinti"də.

Tədris ilinin sonunda Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun təşəbbüsü və Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə universitet tarixində ilk dəfə olaraq kollektiv gəzinti təşkil edildi. Tədbir Azərbaycanın səfalı guşələrindən birində - Astara rayonu ərazisində yerləşən “Balıqçılar” istirahət mərkəzində baş tutdu. İstirahət məqsədli gəzintidə universitet rəhbərliyi də daxil olmaqla professor-müəllim və texniki-köməkçi heyətin 150-ə yaxın üzvü iştirak edirdi.

Səfəri reallaşdırmaq üçün əvvəlcədən avtobus və avtomobillər ayrılmışdı. İstirahət müddətində iştirakçılar üçün yemək və çay süfrəsi açıldı, onların istirahətini mənalı və səmərəli təşkil etmək üçün hər cür şərait yaradıldı. Astaraçay çayının dağlıq ərazidən keçən sahillərində yerləşən istirahət mərkəzində süni yaradılmış göllər, istirahət zonasının ən hündür hissəsindəki şəlalə bu məkana xüsusi yaraşıq verirdi. Burada iştirakçılar üçün çayda balıq tutmaq, göldə qayıq gəzintisi, musiqi, maraqlı viktorina və intellektual oyunlar təşkil edilmişdi. Səfər çərçivəsində keçirilən tədbirlər və səsləndirilən musiqi nömrələri iştirakçıların əhval-ruhiyyəsinə xüsusi təsir etdi. Sonda professor Natiq İbrahimov iştirakçılara xoş arzularını bildirdi və xatirə şəkilləri çəkdirdi.

Ümumiyyətlə, istirahət zonasına bir günlük səfər həm gərgin və məhsuldar keçən tədris ilinin yorğunluğunu unutdurmaq baxımdan, həm də qarşıda duran vəzifələrin, layihələrin tətbiqi baxımından Universitet rəhbərliyinin kollektivə gözəl bir hədiyyəsi oldu.

 

ELAN:

2017/2018-ci tədris ilində LDU-nə qəbul olunmuş magistrantların nəzərinə!

Digər xəbərlər =>

Azərbaycan alimləri diasporası"nın yaradılması haqqında elan burada =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator