Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

Yeniliklər

 

Faydalı keçidlər

 

 

İsveçrənin Azərbaycandakı səfiri

Lənkəran Dövlət Universitetində

1 mart 2017-ci ildə İsveçrə Federativ Respublikasının Azərbaycan və Türkmənstan Respublikalarındakı Fövqəladə və Səlahiyyətli səfiri Philipp Stalder ilə Lənkəran Dövlət Universitetində görüş oldu.

Fəxri qonağı LDU-nun 2 saylı tədris korpusunda universitetin rektor vəzifəsini icra edən prof. Natiq İbrahimov və prorektorlar qarşıladı.

İlkin tanışlıqdan sonra prof. Natiq İbrahimov səfiri salamladı, onun cənub bölgəsində ilk və yeganə universitet olan LDU-ya gəlişindən məmnun qaldığını bildirdi.

İsveçrə və onun sərhədləri, iqtisadiyyatı, əsasən də, təhsili haqqında məlumatlı olduğunu, xüsusilə Təhsil Nazirliyi nümayəndə heyətinin tərkibində İsveçrənin bir neçə universitetlərində görüşdüyünü, avropanın ən gözəl ölkələrindən biri kimi tanındığını vurğuladı. Sonra o, Lənkəran Dövlət Universiteti haqqında məlumat verdi. 25 illik fəaliyyəti olan bu təhsil ocağının regionda yeganə və aparıcı bir elm və təhsil müəssisəsi olduğunu bildirdi .

Prof. Natiq İbrahimov onu da qeyd etdi  ki, son zamanlar bu universitetdə mühüm işlər görülüb. LDU-ya xaricdə təhsil almış, ölkənin müxtəlif universitetlərində çalışan gənc və bacarıqlı kadrlar dəvət olunaraq yüksək maaşla təmin olunmuşlar. Lakin əsas məqsədlərdən biri isə Universitetin Avropa ali məktəbləri ilə çoxtərəfli əlaqələrinin genişləndirilməsindən ibarət olduğunu bildirdi.

Sonra professor bir daha İsveçrə səfirinin LDU-ya gəlişini, İsveçrə universitetləri ilə bağlanacaq gələcək müqavilələrin və qarşılıqlı əlaqələrin yaranmasına mühüm bir təkan olduğunu bildirərək sözü səfir Philipp Stalderə verdi.

Səfir də öz növbəsində onu belə səmimi və isti qarşıladıqlarına görə LDU-nun rektor vəzifəsini icra edən professor Natiq İbrahimova təşəkkürünü bildirdi. Görüşün günəşli bir günə təsadüf etdiyinə, bu isti münasibətin təbiətin regiona bəxş etdiyi səxavətindən olduğunu söylədi.

O, gəlişinin əsas məqsədini LDU-nun tələbələri ilə görüşüb, onlara İsveçrə, onun həyatı, təhsili, dövlət strategiyası ilə bağlı məlumat vermək və tələbələrin intellekt səviyyəsi ilə tanış olmaqdır. Sonra səfir onun üçün ayrılmış auditoriyada tələbələrlə görüşdü. Görüşdə cənab Stalder İsveçrə haqqında buklet, xəritə və kitabçalar tələbələrə hədiyyə etdi. O, qeyd etdi ki, İsveçrə 1515-ci ildən etibarən dünyanın heç bir dövləti ilə müharibə aparmamış, tam bitərəf dövlət kimi qalmışdır. Dövlətin idarəetmə sistemi haqqında danışaraq 4 dövlət dili (Alman, Fransız, İtalyan və Roman) olduğunu bildirdi. Sonra tələbələr ilə tərcüməçi iştirak etmədən aktiv debata keçdi. Tələbələrlə görüşdən razı qaldığını bildirən səfir qeyd etdi ki, onların fikirlərini söyləmək üçün səlis nitqləri, dünyagörüşləri və fikirlərini ifadə etmək bacarığı olduğunu gördüm. Səfir professora ona yaratdığı şəraitə görə minnətdarlığını bildirdi.

Professor Natiq İbrahimov qarşılıqlı olaraq, səfirə təşəkkürünü bildirdi. O, qeyd etdi ki, bu il LDU-da “Keyfiyyət ili” elan edilib. Bölgə olmasına baxmayaraq, çalışırıq ki, Universitetin təhsil səviyyəsini daha da yüksəldək. Biz Macarıstan, Rumunya, Polşa, Türkiyə universitetləri ilə müvafiq müqavilələr imzalamışıq. Çox istərdik ki, İsveçrə universitetləri ilə də əlaqələr yaradılsın.

Səfir universitet haqqındakı təəsüratlarını ali təhsil müəssisələrinə çatdıracağına və bu istiqamətdə müvafiq köməklik göstərəcəyinə söz verdi.

Qarşılıqlı olaraq, hədiyyələr təqdim olundu, prof. Natiq İbrahimov LDU tələbələrinin əl işi olan rəsm tablosunu və universitet haqqında (buklet, kitabça, disk və s.) hədiyyə qovluğunu səfirə təqdim etdi. Cənab Philipp Stalder Universitetin fəxri qonaqlar kitabına xatirə sözlərini yazdı.

 

 

 

 

 

 

                 

Swiss Ambassador at Lankaran State University

  1 March 2017 the Extraordinary and Plenipotentiary Ambassador of the Federal Republic of Switzerland to the republics of Azerbaijan and Turkmenistan Philipp Stalder met the students and  the university professor teaching staff at Lankaran State University.

The guest of honour was welcomed by the acting rector Natig Ibrahimov and  vice-rectors. 

Natig Ibrahimov warmly welcomed the guest and noted his pleasure about  the ambassador’s visit LSU, the first and only university in the southern part of Azerbaijan.

Natiq Ibrahimov stressed that he had visited several universities in  Switzerland, one of Europe's most beautiful countries, with the delegation of the Ministry of Education of Azerbaijan and had much information about  Switzerland, as well as its borders, economy, particularly about Swiss education.

Then he gave brief information about Lankaran State University. He mentioned that the 25 year old university was the leading scientific and educational institution in the southen region.

The speaker also said that significant work was done in recent years at this university.  Young and skilled personnel studying abroad and working in various universities in the country were invited to the university and provided with high salaries. He noted that one of the main objectives of the university was to expand the bilateral relations with the European higher educational institutions.

  Before giving the floor to Philipp Stalder, the professor once more  highly  appreciated the abbassador‘s visit LSU  and said that his visit would play a great role in the formation of future contracts and bilateral relations between LSU and Swiss Universities
 The ambassador in his turn heartily thanked Professor Natiq Ibrahimov and the staff  for such a warm welcoming.  “The meeting has coincided with a sunny day and this  warmth of nature is the gift bestowed on the region”,  he said.

The ambassador said that the main purpose of his visit was to meet  LSU students, give them information about Switzerland, its life style, education, state’s strategy and also get acquainted with the students’ intellectual levels. Then he met with the students in a classroom. He presented the students some booklets, maps and brochures about Switzerland. Mr. Stalder proudly noted that remaining strictly a neutral country, the Swiss government hadn’t taken part at any war with any country since 1515 .Speaking about the state management system the ambassador told that there were 4 state languages in Switzerland: German, French, Italian and Roman.

Then Mr. Stalder continued the active debate with the students without the translator’s participation. He noted his satisfaction with the meeting, the students’ fluent speech, the ability of expressing their thoughts, opinions and point of view.

Mr. Stalder expressed his gratitude for the conditions created by the professor.

Natig Ibrahimov also thanked the ambassador for his arrival. He added that this year was announced as a ”Quality Year”. He said that despite its being a regional university we try to raise the quality of education as high as we can.

The professor also mentioned that LSU had contracts with the universities of Hungary, Romania, Poland and Turkey. “We would like to establish contacts with the Swiss universities as well”.
 The ambassador told that he would inform the Swiss universities about LSU and try to do his best to make bridges between LSU and Swiss educational institutions.

 At the end mutual gifts were presented. Natiq Ibrahimov presented the ambassador booklets, pamphlets and CDs about Lankaran State University.

Mr. Philipp Stalder signed the memorial book for the honorable guests to the university.

 

 

 

 

 

24.02.2017:

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminar keçirildi.

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator