Universitetimiz Struktur Tədris hissəsi Elmi hissə Tələbə qəbulu Fotoqalereya Az

Ru

En

 

 

 

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

 

KİV LDU haqqında

 

 

      Yeniliklər

 

 

Faydalı keçidlər

 

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ

TƏLƏBƏLƏRİN TƏŞƏBBÜSÜ İLƏ "KİTAB KLUBU" YARADILDI

 

 

  Son vaxtlar Lənkəran Dövlət Universitetində tələbələrin asudə vaxtının səmərəli təşkilinə kömək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri kimi universitetdə tələbələrin təşəbbüsü ilə "Kitab Klubu"nun yaradılmasını (LDUKK) göstərmək olar.

  LDUKK-nın açılışı flash mob ilə başlamışdır. Flash mobda universitet tələbələri, müəllimlər və açılış mərsiminə dəvət edilmiş qonaqlar açıq havada, Şopen, Montsart kimi dünya klassiklərinin əsərlərinin sədaları altında mütaliə ilə məşqul oldular. Daha sonra mərasimin rəsmi hissəsinə keçid alındı. Lənkəran Dövlət Universitetində rektor vəzifəsini icra edən Nizami Yusubov çıxış edərək, tələbələrin kütləvi şəkildə çəmənlikdə oturub kitab oxuması ilə universitet tarixində yeni səhifə açıldığını dilə gətirdi.

 

 

  Daha sonra LDUKK-nın təşəbbüskarı, rəhbəri və açılış mərasiminin təşkilatçısı, İqtisadiyyat və idarəetmə fakültəsinin 4-cü kurs tələbəsi Müzəffər Yusifzadə çıxış etdi. Klubun məqsədlərinin kitabsevər tələbələri bir araya gətirmək, onların fikir mübadiləsini təmin etmək, dünya ədəbiyyatında baş verən yeniliklərdən operativ xəbərdar olmaq, yaradıcılığa həvəsli olan tələbələr üçün daha geniş zəmin yaratmaq, Azərbaycan və dünya ədəbiyyatına aid əsərləri müzakirə etməkdən ibarət olduğunu söylədi. LDU Kitab Klubunu digər klublardan fərqləndirən əsas cəhət isə tələbələrdə kitaba qarşı həvəs yaratmaq məqsədi ilə kitab oxumağın əyləncəli yollarını kəşf etməkdir. Klubda kitab müzakirəsindən əlavə kitabsevər tələbələrin inkişafı üçün mütəmadi olaraq təlimlər, seminarlar keçiriləcək. Klub üzvlərinin asudə vaxtlarını maraqlı etmək və kitabsevərlərin sayını artırmaq məqsədi ilə vaxtaşırı olaraq müxtəlif tədbirlər, oyunlar, təbiət qoynunda istirahət etmək kimi əyləncələrə də yer veriləcək.

 

 

  "Kitab Klubu" olaraq ən çox ehtiyac duyulan məkan təbii ki, kitabxanadır. Klubun açılış mərasimində çıxış edən Lənkəran Şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nuranə Nəsirova tələbələri belə bir klubun yaradılması münasibəti ilə təbrik etdi və onları kitabxanadan daha sıx istifadə etməyə dəvət etdi. Kitabsevər tələbələrin məsləhətinə və dəstəyinə hər zaman ehtiyac duyduqları, universitetin bir sıra dəyərli ədəbiyyat simaları da təbii ki, mərasimdə iştirak etdilər.

  Lənkəran Dövlət Universitetində dəyərli əsərləri ilə şöhrət qazanmış, Filologiya elmlər doktoru, professor Məsud Məmmədov unikal çıxışı zamanı yaradılmış Kitab Klubunda fəaliyyət göstərəcək tələbələrlə hər zaman sıx əlaqədə olmaq arzusunu ifadə etdi. Tədbirin bağlanışı elan edildikdən sonra, müəllimlər, qonaqlar və tələbələrlə xatirə fotoları çəkildi, sərgiyə çıxarılmış əsərlər haqqında ayaqüstü fikir mübadiləsi aparıldı.

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

   
 

     

       

 Lənkəran Dövlət Universiteti - 2015

Bütün hüquqlar qorunur

Vebadministrator