Universitetimiz Struktur Tədris hissəsi Elmi hissə Tələbə qəbulu Fotoqalereya Az

Ru

En

 

 

 

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

 

KİV LDU haqqında

 

 

      Yeniliklər

 

 

Faydalı keçidlər

 

Lənkəran Dövlət Universitetində Tələbə Gənclər Təşkilatı və Kitab Klubunun

 birgə təşkilatçılığı ilə "28 May - Respublika günü"nə həsr olunmuş

"Heydər Əliyev və müasir Azərbaycan gəncliyi"

 mövzusunda dəyirmi masa keçirildi.

 

Tədbirdə çıxış edən Humanitar və Pedaqoji elmlər fakültəsinin dekanı Kamran Kazımov, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı Rəşad Əliyev tədbirin əhəmiyyətini, mövzunun aktuallığını diqqətə çatdıraraq, gənclərin Azərbaycançılıq məfkurəsi, ideologiyasına sadiqlik ruhunda formalaşmasını xüsusi qeyd etdilər. Kitab Klubunun rəhbəri Müzəffər Yusifzadə çıxış edərək, Ulu Öndərimizin əsasını qoyduğu gənclər siyasətinin, gənclərin forumunun keçirilməsinin əhəmiyyətini qeyd etdi. Klubun üzvləri Leyla Abdullazadə, Bayram Babayev, Lazım Əkbərzadə çıxışlarında ölkəmizdə gənclər sahəsində həyata keçirilən tədbirlər, müxtəlif proqramlar, gənclər üçün yaradılan imkanlara görə Ulu Öndərin ruhu qarşısında minnətdarlıqlarını ifadə edərək, Cənab prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti ürəkdən dəstəklədiklərini bildirdilər. TGT sədri Emin Həmidli, Elvin Əsədov, Rəşad Paşayev, Elnur Səmədzadə çıxış edərək Cənab Prezidentin ətrafında sıx birləşdiklərini bildirdilər.

Cənab Prezident İlham Əliyev Ulu Öndərimizin Gənclər siyasətini uğurla davam etdirərək gənclərin asudə vaxtının səmərəli təşkili, faydalı məşğulluğunun təmin olunması, dövlət idarəçiliyi sistemində iştirakının reallaşdırılması məqsədilə müxtəlif proqramlar qəbul etmişdir. Bu siyasətin məntiqi nəticəsidir ki, aprel hadisələrində Azərbaycan gəncləri vahid, mütəşəkkil mövqe nümayiş etdirərək ordumuza dəstəyi ifadə edərək, Cənab Prezidentin əmri ilə hər an ərazi bütövlüyümüz, torpaqlarımızın geri alınması uğrunda mübarizəyə hazır olduqlarını nümayiş etdirdilər. Ölkəmizin bütün regionlarında olduğu kimi Lənkəran Dövlət Universitetində də tələbələr Ordumuzla birgə olduqlarını, Ali Baş Komandanımız İlham Əliyevin hər bir əmrinə hər an hazır olduqlarını keçirtdikləri izdihamlı mitinqləri ilə sübut etdilər.

TGT sədri Emin Həmidli Universitetdə bundan sonra da bu səpkili tədbirlərin keçiriləcəyini bildirərək Kitab Klubu ilə birlikdə Ümummilli Liderimizin xalqımız, dövlətimiz qarşısında göstərdiyi misilsiz xidmətlərin tələbələr arasında geniş təbliğ ediləcəyini, belə tədbirlərin miqyasının daha  genişləndiriləcəyini diqqətə çatdırdı.

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

   
 

     

       

 Lənkəran Dövlət Universiteti - 2015

Bütün hüquqlar qorunur

Vebadministrator