Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

2017/2018-ci tədris ilinin yaz semestri üzrə imtаhаn sеssiyаsının təşkili və keçirilməsi haqqında əmr imzalandı ===>

 

 

 

03.03.2018-ci il tarixdə Lənkəran Dövlət Universitetində keşirilmiş Fənn olimpiadasının NƏTİCƏLƏRİ ===>

Xəbərlər...

 

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

ELMI-PRAKTIK KONFRANS

Lənkəran Dövlət Universitetində 7-8 may 2018-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti mövzusunda Respublika Elmi-praktik konfransı keçirildi...

Daha ətraflı =>

KONFRANSIN PROQRAMI

 

 

 

 

TƏBRİK EDİRİK!

 

 

Lənkəran Dövlət Universiteti rektorunun müşaviri, texnologiya və texniki fənlər kafedrasının dosenti Mikayıl Əkbər oğlu Məhərrəmova  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 9 fevral 2018-ci il tarixli qərarına əsasən texnika üzrə elmlər doktoru elmi dərəcəsi və diplomu verilmişdir...

Daha ətraflı =>

 

 

3-8 iyul 2018-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Qeyri-müəyyənliklər daxilində qərar qəbuletmə problemləri" adlı beynəlxalq konfrans keçiriləcək...

Daha ətraflı =>

 

08.05.2018:

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Elmi konfrans işini yekunlaşdırıb.

 

 


Lənkəran Dövlət Universitetində (LDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti” mövzusunda keçirilən respublika elmi-praktik konfransı bu gün işini yekunlaşdırıb.
Bağlanış mərasimində çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov konfransda iştiraka və maraqlı məruzələrə görə iştirakçılara minnətdarlıq bildirib, belə elmi tədbirlərin davamlı keçiriləcəyini, bəyənilən tezislərin məqalə şəklində universitetin elmi nəşrlərində çap olunacağını deyib.

İki gün davam edən konfransın yekununda bölmə sədrlərinin hesabatı dinlənilib. Həmçinin, konfransda maraqlı çıxışları ilə seçilən tədqiqatçılara sertifikatlar təqdim olunub.

 

 

 

 

 

 

 


Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri.

 

 

 

07.05.2018:

 

LDU-da “Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti” mövzusunda respublika elmi konfransı keçirilib.

 

 

Lənkəran Dövlət Universitetində (LDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti” mövzusunda keçirilən respublika elmi-praktik konfransının iştirakçıları ilk öncə Lənkəran şəhərinin mərkəzində ulu öndərin adını daşıyan xatirə parkına gələrək əzəmətli abidəsini ziyarət edib, xatirə kompleksinin önünə təzə-tər çiçəklər düzüblər.

 


LDU-nun geniş akt zalında keçirilən konfrans işinə respublika dövlət himnimizin ifası ilə start verib. Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və konfransın işində uğurlar arzulayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin inkişafı naminə, xalqın tərəqqisi istiqamətində gördüyü çoxşaxəli fəaliyyətdən, ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından bəhs edən professor Natiq İbrahimov prezident İlham Əliyevin ölkənin davamlı inkişaf xəttini bu gün uğurla davam etdirdiyini bildirib, Lənkəran Dövlət Universitetində son iki ildə əldə edilən nailiyyətləri bu uğurlu siyasətin əməli nəticəsi adlandırıb.

 

 

“Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti” mövzusunda geniş məruzəni texnika elmləri doktoru, professor Mikayıl Məhərrəmov təqdim edib. Məruzədə Azərbaycanda və dünyada elm və istehsalatın vəhdəti istiqamətində aparılan işlər, qazanılan uğurlar, həllini gözləyən problemlər və gələcək hədəflər müqayisəli şəkildə ətraflı təhlil edilib, paralelllər aparılıb, konkret faktlar əsasında mövzuya aydınlıq gətirilib, Lənkəran Dövlət Universitetinin gələcək inkişaf istiqamətləri və strategiyası haqqında məlumat verilib.

 

 

Məruzə ətrafında müzakirələrdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitunun professoru, iqtisadiyyat elmləri doktoru Təbriz Əliyev, Astara pedaqoji kollecinin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru Ağababa İbrahimov çıxış edərək, ölkəmizdə son illərdə aparılan geniş istiqamətli iqtisadi islahatlardan və qazanılan uğurlardan, qeyri-neft sektorunun və xüsusilə də təhsil sahəsinin inkişafına göstərilən dövlət qayğısından söz açıblar.

 

 

Konfrans iştirakçıları adından ölkə başçısı cənab İlham Əiiyevə müraciət qəbul olunub.
Respublika elmi-praktiki konfransı öz işini 4 bölmədə - “Riyaziyyat və təbiət elmləri”, “İqtisadiyyat, aqrar və texnika elmləri”, ”Dilçilk və ədəbiyyatşünaslıq”, “Tarix, fəlsəfə və pedaqogika” bölmələrində davam etdirir. İki gün davam edən konfrans işini sabah yekunlaşdıracaq.
 

Bölmə iclaslarından fotoreportaj burada:   

 

 

Esmira İsmayılova,

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

 

Digər xəbərlər =>

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator