Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

 

Yeniliklər

 

Faydalı keçidlər

 

 

 

VİDEO =>

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

Lənkəran Dövlət Universitetində ali məktəblərdə tyutor vəzifəsində çalışmaq istəyən magistr dərəcəli məzunlar və magistraturanın sonuncu tədris ili tələbələri üçün kurslar təşkil olunur =>

 

 

 

 

 

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib.


Azərbaycanın görkəmli coğrafiyaçı və torpaqşünas alimi,akademik H.Ə.Əliyevin anadan olmasının 110 illiyinə həsr olunmuş respublika elmi konfransı “İnsan və ətraf mühit münasibətləri”nə həsr olunub. Azərbaycan Milli Elmlər Akademiyası akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti və Lənkəran Dövlət Universitetinin birgə təşkil etdiyi konfransı LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq belə mötəbər tədbiri Lənkəranda keçirtdiklərinə görə təşkilatçılara minnətdarlıq edib və gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib. Natiq İbrahimov Azərbaycanda ekologiya elminin inkişafında,ekoloji mühitin tarazlaşdırılmasında və qorunmasında, bu sahədə elmi kadrların hazırlanmasında akademik H.Əliyevin yorulmaz fəaliyyətindən bəhs edib.


Konfransda AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitunun direktoru, akademik Ramiz Məmmədovun “Azərbaycanın görkəmli coğrafiyaçı və torpaqşünas alimi – akademik H.Əliyev”, həmin institutun əməkdaşları Məhərrəm Həsənov və Mətləb Rəhimovun “Lənkəran təbii vilayətinin iqlim və aqroiqlim ehtiyatları”, coğrafiya üzrə fəlsəfə doktorları Zakir Eminovun “Lənkəran- Astara iqtisaadi rayonunda müasir demoqrafik vəziyyətin iqtisadi-coğrafi problemləri”, Solmaz Rzayevanın “Lənkəran-Astara iqtisadi rayonunda ekocoğrafi mühitin onkoloji xəstəliklərin yayılmasına təsiri“, Azərbaycan Coğrafiya Cəmiyyəti Lənkəran filialının sədri ,coğrafiya elmləri namizədi Ziyafət Ağayevin “Lənkəran təbii vilayəti çaylarında ekoloji problemlər və onların əmələgəlmə səbəbləri“, AMEA-nın müxbir üzvü Rauf Qardaşovun “Azərbaycanın günəş enerjisi modeli“, LDU-nun aqrar və mühəndislik fakültəsinin dekanı, kənd təsərrüfatı elmləri namizədi Balayar Şahbazovun” Lənkəran-Astara bölgəsi torpaqlarının ekoloji problemləri” və digər mövzularda məruzələri dinlənilib. Sonra məruzələr ətrafında disskussiya keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Plenar iclasdan sonra konfrans işini ayrı-ayrı bölmələr üzrə davam etdirib.

Torpaqlardan səmərəli istifadə və onların ekocoğrafi problemləri, sosial-iqtisadi və demoqrafik problemlər, iqlim və aqroiqlim ehtiyatları, zəlzələlərin torpaqlara ekoloji təsiri, torpaq - bitki örtüyünün səth sularının formalaşmasında rolu, çayların minimal axımının çoxillik tərəddüdləri, Azərbaycanın günəş enerjisi modeli, turizm təsərrüfatının inkişafında iqlim amilinin rolu, ərzaq təhlükəsizliyinin aradan qaldırılması yolları və s. mövzularda təqdimatlar edilib. Konfransda müzakirə edilən məsələlər arasında Lənkəran-Astara iqtisadi rayonunda əhalinin məskunlaşması, təsərrüfatın inkişafının müasir vəziyyəti, torpaqlardan istifadə edilməsi sahəsində olan problemlər geniş yer tutub və qeyd edilib ki, bu iqtisadi rayonda sitrus bitkilərinin əkilməsi, torpaq-iqlim ehtiyatlarından bu məqsədlə istifadə edilməsi daha vacibdir.


Tədbirin sonunda bölmə sədrlərinin konfrans haqqında hesabatı dinlənilib, qərar layihəsi qəbul edilib. Qərarda həmçinin elm-təhsil-istehsalat arasında əlaqələri daha da gücləndirmək, mütəmadi olaraq bu tipli tədbirlərin, eləcə də birgə elmi tədqiqatların, elmi seminarların keçirilməsini təmin etmək məqsədilə Coğrafiya İnstitutu ilə LDU arasında əməkdaşlıq müqaviləsinin bağlanması təklifi də irəli sürülüb.
Müzakirələrdən sonra qərarın mətni yekun sənədi kimi bəyənilib.
Konfrans iştirakçıları AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutuna, onun rəhbərliyinə, Lənkəran Dövlət Universitetinə elmi tədbirin yüksək səviyyədə təşkilinə, keçirilməsinə və optimal iş şəraitinin təmin edilməsinə görə dərin minnətdarlıqlarını bildiriblər.
 

 

 

Digər xəbərlər =>

Azərbaycan alimləri diasporası"nın yaradılması haqqında elan burada =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator