Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Yeniliklər

 

Faydalı keçidlər

 

 

 

 

24.02.2017:

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminar keçirildi.

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİ

ƏMR № 2/33

 Lənkəran şəhəri                                                                                           10 mart 2017-ci il

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Təbiət və humanitar elm sahələrinin inkişaf problemləri” adlı respublika elmi konfransının keçirilməsi haqqında

 

Lənkəran Dövlət Universitetində 2017-ci il üçün keçirilməsi nəzərdə tutulan konfranslar haqqında planınəzərə alaraq Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Təbiət və humanitar elm sahələrinininkişaf problemləri”adlı respublika elmi konfransının keçirilməsini məqsədəuyğun hesab edir və konfransınsəmərəli təşkil edilməsiməqsədilə

 əmr edirəm:

1.    Lənkəran Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Təbiət və humanitar elm sahələrinininkişaf problemləri” adlı respublika elmi konfransı 5-6 may 2017-ci il tarixlərində keçirilsin.

2.    Konfransın işinin səmərəli keçirilməsi üçün aşağıdakı tərkibdə təşkilat komitəsi yaradılsın:

2.1. prof. Yədulla Ağazadə - Tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən, sədr;

2.2. dos. Mikayıl Məhərrəmov – Rektorun müşaviri, sədr müavini;

2.3. Azər Əliyev – Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektor vəzifəsini icra edən, üzv;

2.4. dos. Ramiz Şəmmədov – Təbiyyat fakültəsinin dekanı, üzv;

2.5. dos. Balayar Şahbazov – Aqrar və mühəndislik fakültəsinin dekanı, üzv;

2.6. b/m. Müşviq Bayramov – Universitet Həmkarlar İttifaqı Komitəsinin sədri, üzv;

2.7. b/m Ənvər Şahqubadbəyli –İKT vəKitabxana Mərkəzinin direktoru, üzv;

2.8. b/m Zaur Məmmədov – Elm və beynəlxalq əlaqələr şöbəsinin müdiri, üzv;

2.9. Elvin Əliyev – Elmi katib, üzv;

2.10. Nicat İsmayilov – Mətbəə müdiri, üzv;

2.11. Nurlanə İsmayılzadə - Tələbə elmi cəmiyyətinin sədri, üzv;

3.    Təşkilat komitəsi:

3.1.   5-6 may 2017-cı il tarixlərdə keçiriləcək “Təbiət və humanitar elm sahələrinininkişaf problemləri”adlı respublika elmi konfransını yüksək səviyyədə keçirilməsini təmin etsin.

3.2.   Təqdim olunan məruzələrin müzakirəsinintəmin edilməsi üçün bölmələr və bölmələr üzrə sədrlər təklif versin.

4.    Konfransın keçirilməsi və konfrans materiallarının nəşr olunması üçün büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetasınında nəzərdə tutulmuş müvafiq vəsait hesabına maliyyələşdirilsin.

5.    Konfrans keçirildikdən 3 iş günü sonra nəticələr haqqında hesabat Təhsil Nazirliyinə təqdim edilsin.

6.    İKT və Kitabxana Mərkəzinin rəhbəri Ənvər Şahqubadbəyliyə tapşırılsın ki, keçirilən konfransın mətbuatda və Universitetin rəsmiveb saytında (www.lsu.edu.az) işıqlandırmasını təmin etsin.

7.    Əmrin icrasına nəzarət Tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edənprof. Yədulla Ağazadəyə tapşırılsın.

Əsas: EBƏŞ-nin müdiri b/m. Zaur Məmmədovun 10.03.2017-ci il tarixli təqdimatı.

  

Rektor vəzifəsini icra edən:                                       prof. Natiq İbrahimov

 

Digər xəbərlər>>>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator