Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

Xəbərlər...

 

LDU yeni tədris ilinə hazırdır =>

Faydalı keçidlər

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

AKTUAL ELANLAR

 

15 sentyabr 2018-ci il tarixdə Lənkəran Dövlət Universitetində “Bilik günü” qeyd olunacaqdır. Tədbirdə LDU-nun tələbələri, professor-müəllim heyəti, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edəcəkdir...

Ətraflı =>

 

 

 

TƏBRİK EDİRİK!

Taras Şevçenko adına Kiyev Milli Universitetinin kafedra müdiri, görkəmli riyaziyyatçı alim, professor Aleksandr Nakoneçnıy LDU-nun Fəxri professoru seçildi:

 

 

 

2018-ci il oktyabrın 11/13-də Türkiyə Respublikasının Necmettin Erbakan Universiteti və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Doğumunun 800-ci ilində Şeyx Zahid Gilani” mövzusunda beynəlxalq simpozium keçiriləcəkdir.

 

 

 

 

LDU-da ilk- 4 yeni laboratoriya fəaliyyətə başladı.

Lənkəran Dövlət Universiteti (LDU) yeni - 2018/2019-cu tədris ilinə ürəkaçan yeniliklərlə qədəm qoyub. Kadr hazırlığı aparılan baytarlıq, qida mühəndisliyi, turizm və otelçilik, aqrokimya və torpaqşünaslıq, aqronomluq, meşəçilik, ekologiya və s. ixtisaslar üzrə mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək, maddi-texniki və tədris bazasını gücləndirmək, elm ilə təcrübənin vəhdətinə nail olmaq məqsədi ilə universitetdə müasir avadanlıqlarla təchiz edilmiş “Baytarlıq”, “Qida məhsulları texnologiyası” və “Qida təhlükəsizliyi və ekologiyası” və s. laboratoriyalar yaradılaraq müəllim və tələbələrin ixtiyarına verilib. Universitet rəhbərliyinin təhsildə əyaniliyə nail olmaq məqsədi ilə İngiltərədən, Rusiyadan, Çin və s. ölkələrdən sifariş etdiyi laboratoriyalar ölkənin ali təhsil müəssisələri arasında müasirliyi ilə seçilir və dünya standartlarına cavab verir. Həmin laboratoriyalar xarici ölkələrdən alınmış müasir xromatoqraf, homogenizator, sentrifuqa, pH-metr, ionometr, spektrofotometr, kolorimetr, refraktometr, elektron mikroskoplar, soyuducu, dondurucu, quruducu, sorucu şkaflar və s. kimi avadanlıq və cihazlarla təmin edilmişdir.
Xaricdən gətirilmiş müasir avadanlıq və cihazların quraşdırılması və iş prinsipinin əməkdaşlara öyrədilməsi üçün LDU-ya ixtisaslı, peşəkar əcnəbi mütəxəssislər dəvət edilib. İlk olaraq Çin Xalq Respublikasından gəlmiş mütəxəssislər 10 gün müddətində universitet əməkdaşları üçün treninqlər keçirmiş, onları avadanlıq və cihazların iş prinsipi ilə tanış etmişlər.Avropa və Rusiyalı mütəxəssislər də bir həftə ərzində universitetə gələrək, treninqlərə start verəcəklər.
Qeyd edək ki, həmin avadanlıq və cihazların əksəriyyəti kompyüter və internet şəbəkəsinə qoşulmaqla işləyəcəkdir ki, bu da alınan nəticələrin dəqiq və düzgünlüyünü təmin etməyə imkan yaradacaq.
Göstərilən laboratoriyalarda qida məhsullarının kimyəvi tərkibi ilə yanaşı, bitki və heyvan mənşəli toxuma və hüceyrələrin quruluşu, onlarda ətraf mühitin təsiri ilə baş verən dəyişikliklər, xammal və qida məhsullarının tərkibindəki qida əlavələrinin və zərərli birləşmələrin, maddə və elementlərin miqdarı və s. tədqiq ediləcəkdir.
Maraqlı yeniliklərdən biri də ərzaq xammalları və qida məhsullarının, suyun, torpağın və s. tərkibində metalların , o cümlədən, ağır metalların miqdarının təyinidir. Rusiya Federasiyasının “Texnoanalit” Elm- istehsalat mərkəzinin (Tomsk şəhəri) istehsalı olan voltampermetrik “TA- Ekolab” analizatoru bu tədqiqatlar üçün etibarlı vasitədir. Həmin qurğu artıq universitetin “Qida təhlükəsizliyi və ekologiyası” laboratoriyasına gətirilib. Yaxın vaxtlarda istehsalçı müəssisənin əməkdaşlarının iştirakı ilə müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulub.
Tədris prosesində daha bir vacib məqam tədris vəsaitlərinin mövcudluğudur.Alınmış qurğu və avadanlıqların iş proseslərini öyrədilməsi istiqamətində yeni dərsliklər hazırlanır. LDU-nun professoru, texnika elmləri doktoru Mikayıl Məhərrəmovun rəhbərliyi ilə “Xammal və qida məhsullarının təhlükəsizliyi” adlı dərslik və eyniadlı laboratoriya praktikumu (dərs vəsaiti) bu qəbildən olan dərsliklər sırasına daxildir.
İki yeni – “Torpaqşünaslıq” və “Baytarlıq cərrahiyyəsi” laboratoriyalarının quraşdırılması yaxın günlərdə başa çatdırılacaq.Yeni laboratoriyaların işi ilə tanış olan professor Natiq İbrahimov bütün bunların son olmadığını, universitetin maddi-texniki bazasının yenilənməsi istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini deyib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Esmira İsmayılova,
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

 

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2018

Bütün hüquqlar qorunur

Vebadministrator