Universitetimiz Struktur Tədris hissəsi Elmi hissə Tələbə qəbulu Fotoqalereya Az

Ru

En

 

 

 

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

 

KİV LDU haqqında

 

 

      Yeniliklər

 

 

Faydalı keçidlər

 

MACARISTANIN AZƏRBAYCANDAKI SƏFİRİ

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ

 

 

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İmrə Laszloçzki Lənkəran Dövlət Universitetində olub.

 

 

Universitetin rektorunun vəzifəsini icra edən texnika elmləri doktoru, professor Nizami Yusubov qonaqları qəbul edib. Görüşdə Macarıstan-Azərbaycan dostluq əlaqələrindən danışılıb, fikir mübadiləsi aparılıb. Professor N.Yusubov qonaqlara universitetin fəaliyyəti, elm və təhsilin inkişafı istiqamətində əldə edilmiş uğurlardan məlumat verərək təhsil ocağının müstəqil Azərbaycan dövlətinin yetirməsi olduğunu bildirdi. Qeyd etdi ki, universitet fəaliyyəti dövründə böyük inkişaf yolu keçərək, respublikanın cənub bölgəsində elm, təhsil və mədəniyyət mərkəzinə, mənəvi tərbiyə məktəbinə çevrilmişdir. Qonaqlara məlumat verildi ki, bu gün ali məktəbdə 14 ixtisas üzrə 2336 tələbə, onlardan 2295 nəfəri bakalavr səviyyəsində  41 nəfəri isə magistratura səviyyəsində təhsil alır.

 

 

Tələbələrin 65 faizi Lənkəran bölgəsindən olanlardır. Universitetin beynəlxalq əlaqələrindən danışan professor N.Yusubov daha sonra bildirdi ki, ali məktəbin dünyanın yüzdən çox elm və təhsil ocağı ilə əlaqəsi vardır. Eləcə də Lənkəran Dövlət Universiteti və Macarıstanın Kapoşvar Universiteti arasında Bakı şəhərində, 5 mart 2016-cı il tarixində imzalanmış Anlaşma Memorandumunda  nəzərdə tutulan akademik və elmi əməkdaşlıq hədəfləri haqqında  söhbət aparıldı.

 

 

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İmrə Laszloçzki səmimi görüş üçün minnətdarlığını bildirdi, universitetlə əməkdaşlığın daha da genişləndiriləcəyini qeyd etdi, suallara cavab verdi.

 Qəbulda elm və təhsil sahəsində əməkdaşlığı genişləndirmək, ixtisaslı mütəxəssislər hazırlamaq, müəllim və tələbə mübadiləsi aparmaq istiqamətində ilkin danışıqlar aparıldı.

 

 

Universitetin tədris laboratoriyaları, kompüter mərkəzləri, idman zalları ilə tanışlıq qonaqlarda xoş təəssürat oyatdı.

Qəbulda Macarıstanın sosial-iqtisadi, mədəni həyatı əks olunan buklet və xatirə hədiyyələri universitetin rəhbərliyinə təqdim edildi.

Səfir  Heydər Əliyev Muzeyində Xatirə kitabına təəssüratını yazmışdır.

 

 

Sonda xatirə şəkilləri çəkildi.

Macarıstanın ölkəmizdəki səfirini onun müşaviri Şandor Kapitani müşayiət edirdi.

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

   
 

     

       

 Lənkəran Dövlət Universiteti - 2015

Bütün hüquqlar qorunur

Vebadministrator