Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

Yeniliklər

 

Faydalı keçidlər

 

 

VİDEO =>

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

Lənkəran Dövlət Universitetində ali məktəblərdə tyutor vəzifəsində çalışmaq istəyən magistr dərəcəli məzunlar və magistraturanın sonuncu tədris ili tələbələri üçün kurslar təşkil olunur =>

 

 

 

2017/2018-ci tədris ilindən başlayaraq, LDU-da təhsil alacaq magistrant tələbələr üçün auditoriya saatlarının dərs cədvəllərinin hər həftənin V (cümə) və VI (şənbə) və ya VI (şənbə) və VII (bazar) günlərində müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur =>

 

 

 

 

 

Meksika səfiri LDU-da oldu.

Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores Lənkərana işgüzar səfəri çərçivəsində bölgənin yeganə ali təhsil ocağı olan Lənkəran Dövlət Universitetinə baş çəkib. Hörmətli qonağı LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qarşılayıb. Professor Natiq İbrahimov səfirin bu təhsil ocağına gəlişindən bütün kollektivin məmnun olduğunu deyib və hörmətli qonağa 25 illik tarixi olan LDU barədə ətraflı məlumat verib.Universitetin beynəlxalq əlaqələrə daim önəm verdiyini deyən professor Natiq İbrahimov LDU ilə Türkiyə, Rusiya,Şərqi və Qərbi Avropa ölkələrinin ali məktəbləri arasında son illərdə yaranan dostluq əlaqələrindən söz açıb.

Ətraflı məlumata və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores Azərbaycanla təmsil etdiyi ölkəsi arasında son illərdə yaranan mədəni və iqtisadi əlaqələrdən danışıb, bu əlaqələrin hər iki dövlətin və xalqın mənafeyinə xidmət etdiyini deyib. Azərbaycanın bölgələri,xüsusən Lənkəranla iqtisadi və mədəni sferada əlaqələrin qurulmasında maraqlı olduğunu deyən səfir bu işdə LDU-nun önəmli rol oynaya biləcəyini xüsusi vurğulayıb. Universitetlə ilk tanışlığın onda xoş,müsbət hisslər doğurduğunu deyən Meksika rəsmisi gələcəkdə bu təhsil müəssisəsi ilə ölkəsindəki ali məktəblərin birgə elmi və tələbə mübadiləsinin səmərəli ola biləcəyini deyib. Professor Natiq İbrahimov hörmətli qonağın dediklərinə şərik çıxıb və görüş zamanı gələcəkdə elmi-təcrübi əməkdaşlığın bütün mümkün istiqamətləri birgə müzakirə edilib.

Səmimi görüşdən xatirə kimi LDU rəsmisi, professor Natiq İbrahimov universitet tələbəsinin cənub təbiətini əks etdirən rəsm əsərini hörmətli qonağa hədiyyə edib.
Diqqətə görə minnətdarlıq bildirən səfir universitetin xatirə kitabına ürək sözlərini yazıb.”Yeni nəsil burda formalaşır. Universitet gələcəyin məkanıdır. Ölkələrin inkişafını elmin inkişafı təmin edir. Bu görüş Meksika ilə Azərbaycan arasında çoxşaxəli əlaqələr üçün bir cığır olacaq”
 

Digər xəbərlər =>

Azərbaycan alimləri diasporası"nın yaradılması haqqında elan burada =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator