Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

Xəbərlər...

 

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

2018/2019-cu tədris ilində LDU-nin magistraturasına qəbul olunacaq I tədris ili tələbələri üçün dərslər həftə içi I-V günlər həftədə 3 dəfə olmaqla təşkil ediləcəkdir.

Tələbələr, istəklərinə uyğun olaraq, dərslərə axşam saat 18:00-dan da başlaya bilərlər.
 

 

 

 

3-8 iyul 2018-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Qeyri-müəyyənliklər daxilində qərar qəbuletmə problemləri" adlı beynəlxalq konfrans keçiriləcək...

Daha ətraflı =>

 

 

2017/2018-ci tədris ilinin yaz semestri üzrə imtаhаn sеssiyаsının təşkili və keçirilməsi haqqında əmr imzalandı =>

 

 

 

2018/2019-cu tədris ili üzrə Lənkəran Dövlət Universitetinin magistratura səviyyəsinə

qəbul olunmuş tələbələrin nəzərinə!

 

 

 

 

 

“Sızlar yada düşəndə ürəyimin telləri”...
 

Lənkəran Dövlət Univversitetində “Məzun günü” keçirilib.
Lənkəran Dövlət Universitetində (LDU) növbəti “Məzun günü" mərasimi Azərbaycan Respublikası Dövlət Himninin sədaları ilə başlanıb. Mərasimdə LDU-nun məzunlarının sevincinə professor-müəllim-tələbə heyəti ilə yanaşı onların doğmaları, rayon icra hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri şərik olub.

 


Tədbiri universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq bütün iştirakçıları salamlayıb, bu ali təhsil ocağına “əlvida” deyən məzunları, onların doğmalarını, bütün pedaqoji kollektivi təbrik edib. Ölkənin gələcəyinin ixtisaslı kadrların hazırlıq səviyyəsindən asılı olduğunu deyən professor Natiq İbrahimov məzunlara öyrəndikləri bilikləri təcrübədə uğurla sınaqdan çıxarmağı arzu edib. Bildirib ki, bu il LDU-nu müxtəlif ixtisaslar üzrə 437 məzun bitirsə də, növbəti ildə yeni açılmış ixtisasların hesabına məzunların sayı təqribən iki dəfədən də artıq olacaqdır. Universitet rəsmisi növbəti tədris ilində bir neçə yeni ixtisasda mütəxəssislərin hazırlanacağını deyib, LDU-nun tədris-təcrübə bazasının müasir tələblərə uyğun yenilənməsi istiqamətində görülən işlərdən ətraflı danışıb.

 


Lənkəran Şəhər İcra hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev tələbə həyatına əlvida deyərək müstəqil həyata atılan məzunlara xoş arzularını bildirib, onları rayonun ictimai-iqtisadi həyatında fəal iştiraka, nəzəri biliklərini təsərrüfatda uğurla tədbiqə çağırıb.
Rayon Ağsaqqallar Şurasının sədr müavini, LDU ictimai şurasının sədri Sərhad Məmmədov da məzunları təbrik edib, öyüd və nəsihətlərini çatdırıb, ölkəmizə layiqli vətəndaş olmağı arzulayıb.
Mərasimdə universiteti əla qiymətlərlə bitirən məzunlara diplomlar təqdim edilib, həmçinin tədris ili boyu fərqlənən bir qrup müəllim və tələbəyə fəxri-fərmanlar, təşəkkürnamələr təqdim edilib.
Bir neçə saat davam edən “Məzun günü” tədbiri tələbələrin və rayonun incəsənət ustalarının ifasında maraqlı musiqili-əyləncəli konsert proqramı ilə yekunlaşıb.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Esmira İsmayılova,
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

Digər xəbərlər =>

2018/2019-cu tədris ilində LDU-nun magistraturasına qəbul olunmuş tələbələrin nəzərinə!

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator