Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

Xəbərlər...

  Əziz abituriyentlər! Lənkəran Dövlət Universitetinin qaynar tələbə həyatı sizi gözləyir! = >

 

Faydalı keçidlər

 

 

 

 

VİDEO =>

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

Lənkəran Dövlət Universitetində ali məktəblərdə tyutor vəzifəsində çalışmaq istəyən magistr dərəcəli məzunlar və magistraturanın sonuncu tədris ili tələbələri üçün kurslar təşkil olunur =>

 

 

Lənkəran Dövlət Universitetində bəzi ixtisaslar üzrə keçid balı aşağı endirildi =>

20 ildən sonra görüş.


25 il öncə cənub bölgəsində fəaliyyətə başlayan,hazırda isə ölkənin nufuzlu ali təhsil ocaqlarından biri sayılan LDU-da universitetin ilk buraxılış ilinin məzunları ilə görüş keçirilib.Ölkənin müxtəlif guşələrində,müxtəlif sahələrdə ,işlərdə çalışan məzunların bir araya gələrək 20 ildən sonra təhsil aldıqları ali təhsil ocaqlarını yad etmələri kövrək notlarla yaddaqalan olub.
LDU-nun ilk buraxılış ilinin məzunlarını universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov da qəbul edib. Rektor ölkənin ictimai-siyasi-mədəni həyatında silinməz izlər qoyan,əmək fəaliyyətləri ilə təhsil aldıqları ali təhsil ocağının adını yüksəldən,professor-müəllim heyətinin etimadını doğruldan,ölkə elminə töhfələrini verən məzunları doğma ocaqda gördüyünə şad olduğunu deyib.Professor Natiq İbrahimov LDU-da son illərdə aparılan əsaslı kadr islahatından,elmi-texniki,tədris bazasının yenilənməsindən,tədris və imtahan prosesində şəffaflıq mühitinin yaradılmasından qonaqlara həvəslə söz açıb,keçirilən beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdən ,qarşıda duran perspektivlərdən danışıb.Hazırda universitetin elmi potensialının artırılması istiqamətində kompleks tədbirlərə start verildiyini deyən Natiq İbrahimov gənc alimləri elmi əməkdaşlığa dəvət edib.

 


1993-cü ildə LDU-ya daxil olub 1997-ci ildə bitirən məzunların təmsilçiləri olan bu günkü görüşün iştirakçıları harada yaşamalarından və işləmələrindən asılı olmayaraq təhsil aldıqları universitetlə daim qurur duyduqlarını bildiriblər.Coğrafiya üzrə fəlsəfə doktoru Aynur Heydərova,tarix üzrə fəlsəfə doktoru Leyla Məcidova və başqaları çıxış edərək səmimi və isti qəbula görə professor Natiq İbrahimova,professor-müəllim heyətinə dərin minnətdarlıq bildiriblər.
Görüş xatirə şəkillərində əbədiləşdirilib.20 ilin məzunlarının universitetlə tanışlıq görüşü gəzinti ilə yekunlaşıb.

 

 

 

 

ELAN:

Lənkəran Dövlət Universitetində bəzi ixtisaslar üzrə keçid balı aşağı endirildi =>

Digər xəbərlər =>

Azərbaycan alimləri diasporası"nın yaradılması haqqında elan burada =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator