Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

Yeniliklər

 

Faydalı keçidlər

 

 

 

VİDEO =>

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

Lənkəran Dövlət Universitetində ali məktəblərdə tyutor vəzifəsində çalışmaq istəyən magistr dərəcəli məzunlar və magistraturanın sonuncu tədris ili tələbələri üçün kurslar təşkil olunur =>

 

 

 

 

 

LDU-da açıq qapı günü və məzun yarmarkası keçirilib.

 


Lənkəran Dövlət Universitetində “Məzun-2017” proqramı çərşivəsində açıq qapı günü və məzun yarmarkası keçirilib. Lənkəran şəhər İcra Hakimiyyəti ilə birgə təşkil olunan tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq olub.


Açıq qapı günündə rayon rəsmiləri, LDU-nun bu ilki məzunları,valideynlər, rayon məşğulluq idarəsinin və işəgötürən sifarişçi təşkilatların təmsilçiləri iştirak edib. İştirakçıları LDU-nun rektor vəzifəsini icra edən, riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov salamlayıb və iştirakçıları ilk əvvəl 28 May Respublika Günü münasibəti ilə təbrik edib. LDU barədə ətraflı məlumat verən Natiq İbrahimov bu elm ocağında tədrisin maddi texniki bazasının yenilənməsi, keyfiyyətli mütəxəssislərin hazırlanması istiqamətində son bir ildə görülən işlərdən danışıb. Əmək yarmarkasının keçirilməsinin vacibliyini qeyd edən professor Natiq İbrahimov belə tədbirlərin bu il LDU-nu bitirən 500-ə qədər məzuna iş probleminin həllində dəstək olduğunu deyib, əmək yarmarkalarının gənclərin məşğulluğunun təminində əhəmiyyətli rol oynadığını,işçi ilə işəgötürən arasında operativ körpü olduğunu bildirib. Natiq İbrahimov universitetdə hazırlanan kadrların peşəkarlığının artırılması məqsədi ilə bu ildən praktik məşğələlərə geniş yer ayrıldığını, müasir elmi-təcrübi labaratoriyaların təşkil edildiyini, rayon rəhbərliyi tərəfindən təcrübə məqsədi ilə universitetə 5 hektar təcrübə sahəsinin ayrıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edib ki, növbəti tədris ilindən universitetdə bir neçə yeni ixtisasda kadr hazırlığına başlanacaq. Aqrar sahənin inkişafında səviyyəli kadrların hazırlanmasının vacibliyini önə çəkən professor Natiq İbrahimov LDU ilə Başqırdıstan ali məktəbləri arasında bağlanmış müqavilələrin bu məqsədə xidmət etdiyini vurğulayıb.

 


Lənkəran şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Möhübbət Babayev çıxışında universitetdə yaranmış təhsil, quruculuq, inkişaf ab-havasından məmnun olduğunu bildirib,bu ali təhsil ocağının işindəki dönüşə görə rəhbərliyə minnətdarlığını çatdırıb. İcra Başçısının sosial iqtisadi məsələlər üzrə müavini Xalid Rəhimov, Lənkəran rayon məşğulluq mərkəzinin direktoru Rahib Quliyev, mebel emalı və satışı üzrə ticarət mərkəzinin direktoru Elnur Əliyev, Bakı Biznes tədris mərkəzinin Lənkəran nümayəndəliyinin rəhbəri Firdovsi Axundov, Gilan Holdinq-in insan resursları şöbəsinin rəhbəri Coşqun İmanquliyev və başqaları çıxışlarında tədbirin böyük əhəmiyyətindən bəhs edərək təklif və rəylərini bildiriblər. Həmçinin, belə geniş miqyaslı tədbirlərin keçirilməsinin tələbələrin elmə marağının daha da artırılmasına müsbət təsirini vurğulayıblar.
Əmək yarmarkasına təkcə Lənkəranda yox, umumiyyətlə, cənub bölgəsində fəaliyyət göstərən 27 dövlət və özəl müəəssisə 140 boş (vakant) iş yeri çıxarıb. Təklif olunan boş (vakant ) yerlərə bu ilki məzunlardan 270 nəfər iştirak ərizəsini təqdim edib.

 


Tədbir iştirakçıları belə bir tədbirin təşkilinə, yuxarı kurslarda təhsil alan, xüsusən ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulmasına, onlarda müasir əmək bazarı barədə dolğun məlumat yaratdıqlarına görə təşkilatçılara öz təşəkkürünü bildiriblər.

Qeyd edək ki, bu LDU-da təşkil olunan ilk açıq qapı günü və məzun yarmarkasıdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Digər xəbərlər =>

Azərbaycan alimləri diasporası"nın yaradılması haqqında elan burada =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator