Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

 

SAYTIN YENİ VERSİYASI

 

 

Xəbərlər...

   

Faydalı keçidlər

 

 

 

 

AKTUAL ELANLAR

 

15 sentyabr 2018-ci il tarixdə Lənkəran Dövlət Universitetində “Bilik günü” qeyd olunacaqdır. Tədbirdə LDU-nun tələbələri, professor-müəllim heyəti, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edəcəkdir...

Ətraflı =>

 

 

 

TƏBRİK EDİRİK!

Taras Şevçenko adına Kiyev Milli Universitetinin kafedra müdiri, görkəmli riyaziyyatçı alim, professor Aleksandr Nakoneçnıy LDU-nun Fəxri professoru seçildi:

 

 

 

2018-ci il oktyabrın 11/13-də Türkiyə Respublikasının Necmettin Erbakan Universiteti və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Doğumunun 800-ci ilində Şeyx Zahid Gilani” mövzusunda beynəlxalq simpozium keçiriləcəkdir.

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

 

 

 

5 oktyabr - Beynəlxalq Müəllimlər gününüz mübarək!

 

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Bu gözəl gün, bayram münasibəti ilə Lənkəran Dövlət Universitetinin bütün professor-müəllim heyətini, pedaqoji ixtisaslarda təhsil alan tələbələri-gələcəyin müəllimlərini ürəkdən təbrik edirəm!
Ən böyük missiyası şəxsiyyət yetişdirmək olan müəllim peşəsindən cəmiyyətin hər zaman üstün gözləntisi olub. Təhsilin keyfiyyəti müəllimin səviyyəsindən çox asılıdır.
XXI əsrin tələbləri baxımından Azərbaycan Respublikası vətəndaşı peşəkar keyfiyyətlərə malik müəllim amilindən bilavasitə asılıdır.Təhsil inkişafın ön cəbhəsidir. Bir çox hallarda haqqında xəyali danışdığımız gələcək gözlədiyimizdən daha tez baş verir. Bu prosesə hazırlıq təhsildən başlayır və ailə ilə bərabər, müəllimlərin timsalında gerçəkləşir. Müəllim tərəqqiyə, inkişafa gedən yolun başlanğıcını və məramını bizə göstərən şəxsdir.
Müəllimlik müqəddəs peşədir, müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin sabahını etibar etdiyi şəxsdir.Cəmiyyət ən qiymətli sərvətini-uşaqları, öz ümid və gələcəyini müəllimə etibar edir.Dahi mütəffəkkir N.Tusinin “Varlıqları ən aşağı dərəcədən kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şərəflisi nə ola bilər?!” deyiminin doğruluğunu zaman subut etdi.
Müəllimlik şərəfli, şərəfli olduğu qədər də məsuliyyətli peşədir, vəzifədir.Məhz buna görə ümummmili lider Heydər Əliyev “Müəllimlik işi həm şərəfli, həm də çətin işdir.Ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətli işdir.Mən dünyada müəllim adından yüksək, şərəfli bir ad tanımıram” deyirdi.Ölkə başçısı cənab İlham Əliyevin son illərdə ölkə təhsilinə göstərdiyi qayğı , diqqəti biz Lənkəran Dövlət Universitetinin timsalında daha aydın görürük.LDU –nun qazandığı uğurlara, imza atdığı ilklərə sizin sayənizdə nail olmuşuq, əziz müəllimlər! Bir daha sizə fədakar əməyinizə görə təşəkkür edir, şərəfli işinizdə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram!
 

Natiq İbrahimov,
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, professor.


 

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2018

Bütün hüquqlar qorunur

Vebadministrator