Lankaran State University

 

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

HEYDƏR ƏLİYEV MUZEYİ

VƏ İDARƏÇİLİK MƏKTƏBİ

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

Dövlət Müstəqilliyi bayramınız mübarək!

 

Faydalı keçidlər

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

KİV LDU haqqında

 

Lənkəran Dövlət Universitetində “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir: 25 ilin nailiyyətləri” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransı giriş sözü ilə LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açdı. Konfrans iştirakçılarını salamlayan professor Natiq İbrahimov ötən əsrin sonlarında Sovetlər Birliyinin ideoloji böhran həddinə çatdığını, 90-cı illərin əvvəllərində millətlərin və xalqların azadlıq hərəkatı başladığını vurğuladı. Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktının 1991-ci il oktyabrın 18-də qəbul edildiyini xatırladan prof.Natiq İbrahimov Azərbaycanın əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdiyini vurğuladı və onun qorunub saxlanılmasında, inkişaf etdirilməsində möhtərəm prezident İlham Əliyevin danılmaz xidmətlərini qeyd etdi. O, bildirdi ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilməkdədir.

Bundan sonra söz Respublika Bilik Fondunun icraçı direktoru Oktay Səmədova verildi. O.Səmədov müstəqillik illərində dövlət quruculuğu, elm, təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışdı və bildirdi ki, uğurlu daxili və xarici siyasət nəticəsində nəzərə çarpan irəliləyiş Azərbaycanın beynəlxalq arenada tanınmasına və öz mövqeyini möhkəmləndirməsinə təkan vermişdir. Düzgün qurulmuş gənclər siyasəti ölkədə yeni, daha güclü, iradəli və geniş dünyagörüşlü gənc nəslin formalaşmasına stimul verir.

Məruzəçi tarix elmləri namizədi Fəxrəddin Hüseyn tələbələrə Azərbaycanın müstəqillik tarixi barədə ətraflı məlumat verdi.

Məruzə ətrafında fil.e.d., dos. Yədulla Ağazadə, Lənkəran Şəhər İcra Hakimiyyətinin Yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev, LDU Tələbə Həmkarlar İttifaqının sədri Arzu Nəsibova, Tələbə Gənclər Təşkilatının sədri Ramil Niftullayev və b. şıxış etdilər.

Bilik Fondunun icraçı direktoru O.Səmədov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə 25 dildə nəşr olunmuş “Kitabi-Dədə Qorqud”. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabını, Dövlət müşaviri akademik Kamal Abdullayevin təşəbbüsü və redaktorluğu ilə nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını və 2016-cı il 1 saylı “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalını Lənkəran Dövlət Universitetinin kitabxanasına hədiyyə etdi.

Sonda LDU-nun Elm və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zaur Məmmədov Lənkəran Dövlət Universiteti kollektivinin Respublika Prezidenti cənab İlham Əliyevə müraciətinin mətnini oxudu. Müraciət yekdil səslə qəbul olundu.

Ənvər Şahqubadbəyli, İKT və Kitabxana mərkəzinin direktoru.

 

Azərbaycan Respublikasının Prezidenti

Zati-Aliləri İlham Əliyev cənablarına

 

Möhtərəm, cənab Prezident!

Biz, Lənkəran Dövlət Universitetinin çoxsaylı kollektivi Sizi – Ümummilli Lider Heydər Əliyev məktəbinin layiqli davamçısını Azərbaycan yeni tarixinin şanlı səhifələrindən biri olan Dövlət müstəqilliyinn bərpasının 25-ci ildönümü münasibətilə təbrik edir, Azərbaycanın inkişaf etdirilməsi, ölkəmizin sabitliyinin qorunması naminə apardığınız ardıcıl və qətiyyətli mübarizədə Sizinlə həmrəy olduğumuzu bildiririk.

Cənab Prezident!

Müstəqil Azərbaycan dövləti memarı və qurucusu olan Ümumilli Lider Heydər Əliyevin xalqımıza ən böyük töhfəsidir. Bu gün Sizin rəhbərliyinizlə Ulu Öndərin ideyaları reallaşır, Azərbaycan bütün sahələr üzrə dünyada ən dinamik və  sürətlə inkişaf edən ölkəyə, dünya birliyində qüdrətli dövlətə çevrilmişdir. Ümumilli Liderin hakimiyyətə yenidən qayıdışı ilə Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən, anarxiya və xaosdan xilas olmuş, ölkəmizdə davamlı ictimai-siyasi sabitlik yaranmışdır. Bu gün biz tam razılıq və minnətdarlıq hissi ilə bildirirk ki, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt Zati-alinizin ardıcıl səyləri və məqsədyönlü fəaliyyəti sayəsində uğurla davam etdirilir. Ölkəmiz bu gün öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsini yaşayır. Sizin rəhbərliyinizlə Azərbaycan elmi və təhsilində görülən məqsədyönlü tədbirlər öz müsbət nəticəsini verməkdədir. Elmin, təhsilin və mədəniyyətin inkişafına yönəltdiyiniz diqqət və qayğınızı yüksək qiymətləndirir və minnətdarlığımızı bildiririk.

Sizi əmin edirik ki, Lənkəran Dövlət Universitetinin kollektivi inkişafın yeni mərhələsində Zati-aliniz tərəfindən qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsində bundan sonra da səyini əsirgəməyəcəkdir. Bugünkü Azərbaycan dövlətçiliyi və müstəqilliyimiz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlı olmaqla, onun müdrik siyasətinin, yenilməz fəaliyyətinin məhsuludur.

Zati-alinizin dediyi kimi, nə qədər ki, müstəqil Azərbaycan dövləti, xalqı var, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və yaşayacaq, o, əbədiyaşar liderdir!

Möhtərəm cənab Prezident!

Sizin daxili və xarici siyasətinizi bəyənir və müdafiə edirik. Sizi xalqımızın böyük bayramı – Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü bayramı münasibətilə bir daha təbrik edirik. Sizə möhkəm cansağlığı, Azərbaycanın inkişafı naminə yeni-yeni uğurlar arzulayırıq.

 

  Müraciət 18 oktyabr 2016-cı il tarixində Lənkəran Dövlət Universitetində Dövlət Müstəqilliyininin bərpasının 25-ci  ildönümünə həsr olunmuş konfrans iştirakçıları tərəfindən qəbul edilmişdir. 

 

Dərin hörmət və böyük ehtiramla,

     Lənkəran Dövlət Universitetinin

                rektoru  vəzifəsini icra edən   prof. Natiq İbrahimov

 

 

 

 

 

 

 

 

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator