Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Yeniliklər

 

Faydalı keçidlər

 

 

 

 

24.02.2017:

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminar keçirildi.

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİ

ƏMR № 2/31

 Lənkəran şəhəri                                                                                  10 mart 2017-ci il

 Lənkəran Dövlət Universiteti tərəfindən ali, orta ixtisas təhsil müəsisələrin tələbələri və ümumi təhsil müəsisələrin şagirdləri arasında “Regional fizika və riyaziyyat” fənn olimpiadasının keçirilməsi haqqında

 

Gənclərin elmə marağının artırılması və onları motivasya etmək üçün, LDU-tərəfindən ali, orta ixtisas təhsil müəsisələrin tələbələri və ümumi təhsil müəsisələrin şagirdləri arasında “Regional fizika və riyaziyyat” fənn olimpiadasının keçirilməsini haqqında

 əmr edirəm:

 

1.    Lənkəran Dövlət Universitetində ali, orta ixtisas təhsil müəsisələrin tələbələri və ümumi təhsil müəsisələrin şagirdləri arasında regional fizika və riyaziyyat fənn olimpiadası keçirilsin. 

2.    Olimpiadanın keçirilməsi 15-16 Aprel 2017 tarixlərində nəzərdə tutulsun

3.    Olimpiadanın səmərəli keçirilməsi üçün aşağıdakı tərkibdə təşkilat komitəsi yaradılsın:

3.1.  dos. İdrak Əsgərov –  Tədris işləri üzrə prorektor vəzifəsini icra edən, sədr;

3.2.  dos. Mirnamik Bəşirov – Texniki fənlər və İKT kafedrası, üzv;

3.3.  dos. Nahid Paşayev – Riyaziyyat və informatika kafedra müdiri, üzv;

3.4.  dos. Məmməd Muradov –  Riyaziyyat və informatika kafedrası, üzv;

3.5.  b/m. Mayis Eyniyev – Texniki fənlər və İKT kafedrası, üzv

3.6.  b/m. Müşviq Bayramov – Həmkarlar ittifaqı komitəsinin sədri, üzv;

3.7.  müəl Allaşükür Quliyev  – İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri, üzv;

3.8.  Aynurə Səfərbəyli – Elm və beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, üzv;

4.    Təşkilat komitəsinə tapşırılsın:

4.1.  Müsabiqəni keçirmək üçün münsiflər heyəti təyin etsin.

4.2.  Olimpiadanın keçirilməsi üçün suallar hazırlansın.

4.3.  Olimpiadanın yüksək səviyyədə keçirilməsini təmin etsin

 

5.    Regional təhsil şöbələrinə, orta ixtisas müəsisələrinə, olimpiadanın keçirilməsi haqqında məlumatların  göndərilməsi təmin edilsin.

6.    Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektor vəzifəsini icra edən Azər Əliyevə tapşırılsın ki, əmrdən irəli gələn vəzifələri yerinə yetirsin.

7.     Olimpiadanın keçirilməsi üçün büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetasında nəzərdə tutulmuş müvafiq vəsait hesabına maliyyələşdirilsin.

8.    İKT və Kitabxana Mərkəzinin rəhbəri Ənvər Şahqubadbəyliyə tapşırılsın ki, olimpiyada haqqinda məlumatı Universitetin web saytında (www.lsu.edu.az) işıqlandırılması təmin edilsin.

9.    Əmrin icrasına nəzarət Tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən prof. Yədulla Ağazadəyə  tapşırılsın.

 

Əsas: Elmi katib E.Ə.Əliyev-in 27.02.2017 tarixli təqdimatı.

 

Rektor vəzifəsini icra edən:                                       prof. Natiq İbrahimov

 

Digər xəbərlər>>>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator