Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

 

 

03.03.2018-ci il tarixdə Lənkəran Dövlət Universitetində keşirilmiş Fənn olimpiadasının NƏTİCƏLƏRİ

 

Xəbərlər...

 

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

ELMI-PRAKTIK KONFRANS

Lənkəran Dövlət Universitetində 7-8 may 2018-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti mövzusunda Respublika Elmi-praktik konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

TƏBRİK EDİRİK!

 

 

23 fevral 2018-ci il tarixdə   “Riyaziyyat və informatika” kafedrasının genişlənmiş iclasında “Diferensial tənliklər” (1211.01) ixtisası üzrə dissertant Vahab Mehti oğlu Həbibovun “Qeyri-lokal sərhəd şərtli parabolik tənliklər üçün optimal idarəetmə məsələləri” mövzusunda riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın ilkin müzakirəsi uğurla keçirildi.
TƏBRİK EDİRİK!
 

 

 

 

LDU-da keçirilən regional olimpiada qalibləri mükafatlandırıldı.

 


Lənkəran Dövlət Universitetində (LDU) Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarını təmsil edən İX, X, XI sinif şagirdləri, Lənkəran Humanitar Kolleci, Astara Pedaqoji Kolleci, Masallı Dövlət Regional Kollecinin tələbələri arasında fizika, riyaziyyat, kimya, biologiya fənləri üzrə keçirilən regional olimpiada qaliblərinin mükafatlandırma mərasimi olub. Mərasimdə bilik yarışmasından qalib çıxaraq I, II,III yeri tutan şagird və tələbələr , onların valideynləri, rayonların təhsil şöbələrinin rəsmiləri, müəllimlər , media nümayəndələri iştirak edib.
Mərasimi Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb.İştirakçıları salamlayan professor Natiq İbrahimov bu günkü tədbiri nəinki universitetin , həmçinin bölgənin elmi həyatında vacib hadisələrdən biri adlandırıb.”Elm, bilik işıqdır.Biz çox fəxr edirik ki, bölgənin, ölkənin elminə işıq tutacaq gələcək elmi potensialımızın üzə çıxarılması kimi məsuliyyətli, xeyirxah bir fəaliyyəti həyata keçiririk.Bu günün qalibləri elmimizin sabahkı flaqmanıdır” –deyən universitet rəsmisi müxtəlif fənlər üzrə olimpiadaların , bilik yarışmalarının bundan sonra da keçiriləcəyini bildirib.Natiq İbrahimov rayon təhsil şöbələrinin rəhbərlərinə, müəllimlərə, valideynlərə LDU kollektivi adından olimpiadaya dəstək olduqlarına görə təşəkkür edib.
Təbrik nitqindən sonra qaliblərin mükafatlandırılması mərasimi olub. Olimpiadada müvəffəqiyyət qazanmış iştirakçılara universitetin müvafiq olaraq I, II, III dərəcəli diplomları, kubok və qiymətli hədiyyələri verilib.
Mərasimdə Lənkəran rayon təhsil şöbəsinin müdiri Aslan İbrahimov, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini, universitetdə fəaliyyət göstərən ictimai şuranın sədri Sərhad Məmmədov, “İstək” liseyinin direktoru Saday Möhnətov , Astara rayon təhsil şöbəsi metodkabinetinin müdiri Emin Fətəliyev, valideyn, Lerik rayon sakini Dilarə Fətullayeva və başqaları çıxış edərək universitet rəhbərliyinə belə möhtəşəm olimpiadanı təşkil etdiklərinə və obyektiv qiymətləndirməyə görə minnətdarlıq ediblər.
Sonda xatirə şəkilləri çəkilib.
Xatırladaq ki, regional olimpiadada bölgəni təmsil edən təhsil müəssisələrindən 250-dən artıq şagird və tələbə iştirak edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Esmira İsmayılova,
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

Digər xəbərlər =>

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator