Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

Xəbərlər...

 

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

ELMI-PRAKTIK KONFRANS

Lənkəran Dövlət Universitetində 7-8 may 2018-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti mövzusunda Respublika Elmi-praktik konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

TƏBRİK EDİRİK!

 

 

23 fevral 2018-ci il tarixdə   “Riyaziyyat və informatika” kafedrasının genişlənmiş iclasında “Diferensial tənliklər” (1211.01) ixtisası üzrə dissertant Vahab Mehti oğlu Həbibovun “Qeyri-lokal sərhəd şərtli parabolik tənliklər üçün optimal idarəetmə məsələləri” mövzusunda riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın ilkin müzakirəsi uğurla keçirildi.
TƏBRİK EDİRİK!
 

 

 

 

LDU-da regional olimpiada keçirilib.

 


Lənkəran Dövlət Universitetində (LDU) fizika, riyaziyyat, kimya, biologiya fənləri üzrə regional olimpiada keçirilib.Olimpiadaya Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan İX, X, XI sinif şagirdləri, Lənkəran Humanitar Kolleci, Astara pedaqoji kolleci, Masallı Dövlət Regional Kollecinin tələbələri qatılıb.

 


Lənkəran Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov olimpiada iştirakçılarını, onların müəllimlərini ,valideynləri universitet rəhbərliyi adından salamlayaraq keçirilən bilik yarışmasının əhəmiyyətindən danışıb, bu işin təşkilində yardımçı olan təhsil işçilərinə minnətdarlıq bildirib, şagird və tələbələri təlimatlandıraraq bilik yarışmasında uğurlar arzulayıb.

 

 

Tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən professor Yədulla Ağazadə son illərdə ölkədə təhsilin inkişafı istiqamətində aparılan uğurlu fəaliyyətdən söz açıb, iştirakçılara LDU-da gedən təhsil islahatlarının səmərəli nəticələri ilə bağlı ətraflı məlumat verib.Bildirib ki, universitet bölgə iqtisadiyyatının, sosial-mədəni həyatının inkişafı üçün kadr hazırlığı bazası rolunu uğurla həyata keçirir, yeni ixtisaslar üzrə mütəxəssis hazırlığı istiqamətində fəaliyyətini genişləndirir.
Bilik yarışmasına qatılan 250-dən artıq iştirakçı seçdikləri fənn üzrə 30 sualı 2 saat ərzində yazılı cavablandırıb. Qeyd edək ki, obyektivliyi təmin etmək məqsədi ilə olimpiada üçün ayrılmış auditoriyalar vebkamera ilə təchiz olunub və nəzarətçi müəllimlər ayrılıb.Olimpiadanın gedişini Lənkəran rayon təhsil şöbəsinin müdiri Aslan İbrahimov da izləyib.

 


Qaliblərin mükafatlandırma mərasimi martın 10-da keçiriləcək və bilik yarışmasından qalib çıxanlara LDU-nun fəxri-fərman, dimlom və qiymətli hədiyyələri veriləcək. Xatırladaq ki, Lənkəran Dövlət Universitetində regional olimpiadalar keçirmək artıq ənənə halını alıb. Ötən il də LDU-da fizika və riyaziyyat fənləri üzrə regional olimpiada keçirilmişdi.

 

 

 

 

 

 

 

Digər xəbərlər =>

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator