Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

03.03.2018-ci il tarixdə Lənkəran Dövlət Universitetində keşirilmiş Fənn olimpiadasının NƏTİCƏLƏRİ

Xəbərlər...

 

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

ELMI-PRAKTIK KONFRANS

Lənkəran Dövlət Universitetində 7-8 may 2018-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti mövzusunda Respublika Elmi-praktik konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

TƏBRİK EDİRİK!

 

 

Lənkəran Dövlət Universiteti rektorunun müşaviri, texnologiya və texniki fənlər kafedrasının dosenti Mikayıl Əkbər oğlu Məhərrəmova  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 9 fevral 2018-ci il tarixli qərarına əsasən texnika üzrə elmlər doktoru elmi dərəcəsi və diplomu verilmişdir...

Daha ətraflı =>

 

 

Lənkəran Dövlət Universiteti vakant yerlər üzrə vəzifələri tutmaq üçün müsabiqə elan edir...

Daha ətraflı =>

 

 

 

 

Olimpiada qalibi sevincini paylaşdı.

 


“Cox hörmətli Natiq müəllim! Sizin Bahar bayramınızı məktəbimizin istedadlı şagirdləri adından təbrik edirik. Biz - şəhər 6 saylı tam orta məktəbdə oxuyan şagirdlər ölkə prezidenti cənab İlham Əliyevin imzaladığı xüsusi istedada malik olan litsey sinfində oxuyuruq. Elmə, biliyə, tədqiqatçılığa həvəsimiz var. Sizinlə 16 mart 2018-ci il tarixli “Lənkəran” qəzetində şəklimi görəndə sevincimin həddi olmadı. 250 nəfər şagirddən birinin - mənim – Rəcəbova Aydan Zahid qızının sizinlə yanaşı durması, birinci yeri tutduğuma görə xoş arzularınızın mənə ünvanlanması elmə olan həvəsimi daha da artırdı. Ona görə sizə öz məktəbli dünyamızın arzuları ilə minnətdarlıq edirik. Sizə can sağlığı, LDU-dakı davamlı inkişafın təmin olunmasında uğurlar arzu edirik. Cox sağ olun ki, bizim əməyimizi yetərincə dəyərləndirdiniz”.
Bu kövrək sətirlər Lənkəran şəhər 6 saylı tam orta məktəb liseyin 10-cu sinif şagirdi Rəcəbova Aydan Zahid qızının Lənkəran Dövlət universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimova ünvanlandığı minnətdarlıq məktubundandır. LDU-da keçirilən regional olimpiadada X siniflər üzrə biologiya fənnindən I yeri tutan yeniyetmə qız qələbə hissindən doğan sevincini, minnətdarlıq duyğularını universitet rəhbərliyi ilə bölüşməyi özünə mənəvi borc sayıb.
Qalib şagirdin qəlbləri riqqətə gətirən təşəkkür məktubu universitet rəhbərliyini, bütün kollektivi sevindirib. Bu sevincə səbəbsə yeniyetmənin öz sevincini bizlərlə bölüşmək istəyidir. Doğru deyirlər ki, hər şey paylaşanda azalsa da, tək sevinc paylaşdıqca artır, çoxalır. Sənin sevincinə şərikik, Aydan! Sənə gələcək bilik yarışmalarından da uğurla çıxmağı, xalqımıza, millətimizə gərəkli, təhsilli gənc olmağı arzu edirik. Arzumuz səni gələcəkdə Lənkəran Dövlət Universitetinin tələbələri sırasında görməkdir. Uğur olsun!

 


Esmira İsmayılova,
LDU-nun mətbuat xidmətinin rəhbəri.
 

Digər xəbərlər =>

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator