Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xəbərlər...

 

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

2018/2019-cu tədris ilində LDU-nin magistraturasına qəbul olunacaq I tədris ili tələbələri üçün dərslər həftə içi I-V günlər həftədə 3 dəfə olmaqla təşkil ediləcəkdir.

Tələbələr, istəklərinə uyğun olaraq, dərslərə axşam saat 18:00-dan da başlaya bilərlər.
 

 

 

 

3-8 iyul 2018-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Qeyri-müəyyənliklər daxilində qərar qəbuletmə problemləri" adlı beynəlxalq konfrans keçiriləcək...

Daha ətraflı =>

 

 

2017/2018-ci tədris ilinin yaz semestri üzrə imtаhаn sеssiyаsının təşkili və keçirilməsi haqqında əmr imzalandı =>

 

 

 

2018/2019-cu tədris ili üzrə Lənkəran Dövlət Universitetinin magistratura səviyyəsinə tələbə qəbulu planı

 

 

 

Magistrantların nəzərinə:

Magistr dissertasiya işlərinin tərtibi qaydalarını 

buradan öyrənə bilərsiniz =>

 

 

15 iyun-Milli Qurtuluş Günü LDU-da

turizm-təcrübə bazasının açılışı ilə yadda qalan oldu.
 

15 İyun - Milli Qurtuluş Gününün 25-ci ildönümünü Lənkəran Dövlət Universiteti (LDU) özünəməxsus hədiyyə ilə qarşılayıb. Ölkə təhsilində ilk dəfə olaraq məhz LDU-nun nəzdində müasir tələblərə cavab verən turizm tədris-təcrübə bazası inşa olunaraq bayram günü tələbələrin ixtiyarına verilib.Yeni bazanın açılış mərasiminə universitetin professor-müəllim-tələbə heyəti ilə yanaşı Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, müəssisə və təşkilat rəhbərləri,turizm sektorunun nümayəndələri, rayon ziyalıları qatılıb.

 


Açılış mərasimini LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və tədbirin iştirakçılarını, bütün Azərbaycan xalqını 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib.Cənub bölgəsinin böyük turizm potensialına malik olduğunu deyən professor N.İbrahimov LDU-da turizm və otelçilk ixtisasının məhz bu məqsədlə açıldığını və bu günkü tədris-təcrübə bazasının da bu istiqamətdə peşəkar kadr hazırlığına yardımçı olacağını deyib.Bildirib ki, yeni yaradılmış turizm-təcrübə bazasında regionda fəaliyyət göstərən turizm müəsisələrinin bələdçi və otel işçiləri üçün peşəkar mütəxəssislər tərəfindən vaxtaşırı treninq və seminarların keçirilməsi nəzərdə tutulub.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tədbirin bütün iştirakçılarını 15 iyun-Milli Qurtuluş Günü və Ramazan bayramı münasibəti ilə təbrik edərək bayram arzularını çatdırıb.Lənkəran Dövlət Universitetində son illərdə tədris bazasının gücləndirilməsi istiqamətində aparılan işlərdən ətraflı bəhs edən icra başçısı, təhsil prosesində yaradılan şəffaf mühitin,yaradıcılıq ab-havasının rayon ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığını deyib, kollektivin Lənkəranın ictimai-siyasi-mədəni həyatında fəal iştirakını yüksək dəyərləndirib. Yeni turizm- təcrübə bazasını Lənkəran və bütövlükdə cənub bölgəsi üçün turizmin inkişafı istiqamətində böyük nailiyyət adlandıraraq bu ideyanı həyata keçirənlərə minnətdarlıq bildirib, tələbələrə yaradılmış şəraitdən maksimum yararlanmağı tövsiyyə edib.

 


Sonra rəmzi qırmızı lent kəslib.Qonaqlar turizm-təcrübə bazası, burada yaradılan şəraitlə əyani tanış olublar.
Qeyd edək ki, turizm-təcrübə mərkəzində 35 nəfərin istirahət etməsi üçün komfort şərait yaradılıb.Bazadan turizm məqsədləri üçün də istifadə ediləcək.Məqsədsə, universitetin maddi-texniki bazasını daxili imkanlar hesabına gücləndirməkdir.
 

 

 

 

 

Esmira İsmayılova,
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri

Digər xəbərlər =>

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator