Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

Yeniliklər

 

Faydalı keçidlər

 

 

 

 

 

 

24.02.2017:

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminar keçirildi.

10.04.2017:

 

LDU: “Multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin səmərəli siyasət modeli kimi” mövzusunda elmi seminar keçirilib.

Lənkəran Dövlət Universitetində ənənəvi olaraq  kafedralararası birləşmiş elmi seminarlar təşkil edilir. ”Humanitar fənlər” kafedrasının növbəti elmi seminarı “Multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin səmərəli siyasət modeli kimi“ mövzusuna həsr olunub. Seminarda bu elm ocağının elmi kollektivi ilə yanaşı Lənkəran şəhər icra hakimiyyətinin və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə  şöbəsinin təmsilçiləri iştirakçı olub.

Seminarı giriş sözü ilə Lənkəran Dövlət Universitetinin Tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən filologiya elmləri doktoru, professor Yədulla Ağazadə açıb və müzakirə olunan məsələnin hazırkı dövrdə ölkə və dünya üçün böyük önəm kəsb etdiyini, qlobal xarakter daşıdığını, prezident İlham Əliyevin bu istiqamətdəki çoxşaxəli fəaliyyətini  iştirakçıların nəzərinə çatdırıb. Mövzu ilə əlaqədar məruzəni "Humanitar fənlər" kafedrasının baş müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Kamal Mahmudov təqdim edib. Məruzəçi multikulturalizmin mahiyyəti, spesifik aspektləri, dünyanın sosila-iqtisadi inkişafında rolu, ölkəmizdə  uzun əsrlər boyunca formalaşan tolerantlıq ənənələri barədə ətraflı məlumat verib, slaydlar vasitəsilə mövzunun  təhlilini aparıb. Kamal Mahmudov ötən il ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda multikulturalizm ilinin keçirilməsini bu istiqamətdə atılan ən mühüm addım kimi dəyərləndirib.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədovun məruzəsində müzakirə olunan mövzu ilə bağlı mühüm məqamlar açıqlanıb, İslam dininin humanist dəyərlərinin, elmi mahiyyətinin dünyaya olduğu kimi çatdırılmasının vacibliyi, tolerantlığın Azərbaycan modelinin təbliğinin əsas vəzifə olduğu önə çəkilib. Komitə təmsilçisi cənub bölgəsinin tarixən tolerant ənənələrə malik olduğunu, müxtəlif dinləri təmsil edən vətəndaşların əsrlər boyunca dinc, yanaşı yaşadığını iş, ailə və digər vacib tellərlə bir-birlərinə bağlı olduğunu konkret misallar əsasında şərh edib.

Məruzələr ətrafında keçirilən müzakirədə "Xarici dillər" kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Kamran Kazımov, pedaqoqika üzrə fəlsəfə doktoru Sahil Cəfərov, baş müəllim Qabil Əmənullayev, elm və beynəlxalq əlaqələr şöbəsinin müdiri Zaur Məmmədov, DQDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidov çıxış edərək, müzakirə olunan məsələnin aktuallığından, Azərbaycanda multikultural dəyərlərə böyük önəm verildiyindən, LDU-da bu istiqamətdə aparılan təbliğat-təşviqat işlərindən söz açıblar. Həmçinin iştirakçıları maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb.

Elmi seminarı "Humanitar elmlər" kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Afiq Əliyev yekunlaşdıraraq multikulturalizmin təbliği istiqamətində işlərin davamlı aparılmasının vacibliyini və bu mövzuda  vaxtaşırı elmi müzakirələrin aparılmasının  önəmliyini bir daha iştirakçıların diqqətinə çatdırıb.

 

foto 2 foto 3 foto 4 foto 5 foto 6 foto 7

 

Baş səhifə>>>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator