Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

Xəbərlər...

 

Müdrikliyə gedən yol.

Lənkəran Dövlət Universitetinin Kitabxana mərkəzindən reportaj =>

 

Faydalı keçidlər

 

 

 

 

 

VİDEO =>

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

 

AKTUAL ELANLAR

 

Gənc tədqiqatçıların

nəzərinə:

 

17 oktyabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində “Müasirləşən Azərbaycan: Yeni yüksəliş mərhələsi” mövzusunda gənc tədqiqatçıların (bakalavriat, magistrant, doktorant) respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

Qiyabi təhsil forması üzrə I tədris ili tələbələrinin nəzərinə:

2017/2018-ci tədris ilində LDU-nə qiyabi təhsil forması üzrə qəbul olunmuş tələbələrin ilk sessiya müddəti 2017-ci il oktyabr ayının 10-dan 28-dək davam edəcəkdir.

 

 Lənkəran Dövlət Universiteti

XI Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) Sərgisində

 

 


Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil edilən
11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisi “İnsan kapitalı sərvətimizdir” devizi altında keçirilib.
6-8 oktyabr tarixində keçirilən 11-ci Azərbaycan Beynəlxalq “Təhsil” və “Karyera” sərgisi son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanlarının təqdimatı ilə yaddaqalan olub.
Sərgiyə qatılan ali təhsil müəssisələri içərisində LDU özünəməxsusluğu ilə seçilib. Belə möhtəşəm tədbirə ilk dəfə qatılan LDU tələbələrinin təcrübə labaratoriyasında yetişdirdikləri sitrus meyvə ağacları,
çay kolları, dekorativ bitkiləri ilə iştirakçıların marağını çəkə bilib. Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov universitetin sərgi pavilyonu ilə tanış olan təhsil naziri Mikayıl Cabbarova ətraflı məlumat verib.

 


Qeyd edək ki, respublikamızın cənub regionunda yeganə ali təhsil müəssisəsi olan Lənkəran Dövlət Universiteti ilk dəfə qatıldığı bu sərgidə yüksək səviyyədə təmsil olunub. Sərgi iştirakçıları təqdim olunan videoçarxdan LDU və onun gələcək inkişaf istiqamətləri, universitetin tarixi, fakültələri, ictimai və tələbə həyatı, o cümlədən bu vaxta qədər təşkil olunmuş beynəlxalq konfransları, xarici əlaqələri, elmi nailiyyətləri,
burada nəşr olunan müvafiq dərsliklər, professor-müəllim heyətinin elmi əsərləri, konfrans materialları və idman uğurları barədə ətraflı məlumat əldə ediblər.
Sərgidə LDU bölməsinə maraq gözlənildiyindən də böyük olub. İzləyicilər arasında LDU-nun keçmiş məzunları da olub və onlar universitetdə aparılan islahatlardan və son illərdə gedən dinamik inkişafdan razı qaldıqlarını bildiriblər.
Sərginin 2-ci günü Polşa Universitetləri ilə Azərbaycan Universitetləri arasında rəsmi görüşdə LDU rəsmiləri də iştirak edib. Görüş zamanı iki ölkə universitetləri arasında mümkün təhsil əlaqələri araşdırılıb, elmi əməkdaşlığın perspektivləri müzakirə olunub.
Sərginin sonunda Lənkəran Dövlət Universitetinə iştirakçı sertifikatı təqdim edilib.
Ümumilikdə sərgidə Azərbaycanda fəaliyyət göstərən 17 ali təhsil müəssisəsinin stendləri yer alıb. Sərgi çərçivəsində Almaniya, Avstriya, Türkiyə, Belarus, İtaliya, Latviya, Litva, Estoniya, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim ediblər.
Xatırladaq ki,sərginin baş sponsoru respublika fənn olimpiadalarının təşkilinə və “Azərbaycan üçün öyrət” proqramının həyata keçirilməsinə dəstək göstərən “Kapital Bank”, təşkilatçısı isə “Caspian Event Organisers” (“CEO”) şirkəti idi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator