Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

Xəbərlər...

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçirildi... =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

AKTUAL ELANLAR

DİQQƏT!

 

Lənkəran Dövlət Universiteti 2017-ci il üçün aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir... =>

Daha ətraflı =>

 

 

DİQQƏT!

Lənkəran Dövlət Universitetində bаkаlаvriat və magistratura səviyyələrinin tədris qrupları üçün 2017/2018-ci tədris ili üzrə payız semestrinin imtahan sessiyasının müvafiq əsasnamələrin müəyyən etdiyi qaydalara uyğun keçirilməsi və tələbələrin biliyinin yoxlanılması haqqında əmr imzalandı...

Daha ətraflı =>

 

 

KARYERA MƏRKƏZİ

Lənkəran Dövlət Universiteti vakant yerlər üzrə vəzifələri tutmaq üçün müsabiqə elan edir... =>

Daha ətraflı =>

 

 

Lənkəran Dövlət Universitetində

payız imtahan sessiyasına start verildi

 

 

Lənkəran Dövlət Universitetində bu dəfəki payız imtahan sessiyasında ilk dəfə imtahanların gedişini yeni yaradılan ictimai şura da izləyə biləcək. Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun təşəbbüsü və şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə yaradılan ictima şuraya semestr boyu imtahanların gedişini izləmək, şikayət olarsa, araşdırmada iştirak etmək səlahiyyəti verilib. Şuranın tərkibinə ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri, media nümayəndələri daxil edilib.
Qeyd edək ki, imzalanan müvafiq əmrə əsasən payız semestrinin imtahan sessiyasının əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 04.01.2018-ci il tarixdən 01.02.2018-ci il tarixinədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyəsinin I-IV tədris ili qrupları üçün 04.01.2018-ci il tarixindən 11.01.2018-ci il tarixinədək keçirilməsi qərarlaşdırılıb.

 


İmtahanlararası müddət minimum iki gün, İmtahanlara ayrılmış vaxt iki saat müəyyənləşdirilib. İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində səfffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək mənfi halları operativ aradan qaldırmaq məqsədi ilə yaradılan Operativ qərargah da bu gündən fəaliyyətə başlayıb.

Operativ qərərgahın əlaqə telefonları (+994) 255 27 86, 255 24 17.

İmtahan sessiyası müddətində 1 saylı tədris binasında 214, 2 saylı tədris binasında 205-ci otaqlar Apelyasiya Komissiyası üçün ayrılıb. İmtahan nəticələri elan olunduqda tələbə aralıq qiymətləndirmənin nəticəsindən narazı olarsa, həmin gün müvafiq Apelyasiya Komissiyasına ərizə ilə müraciət edə bilər. Bu zaman imtahan qəbul edən müəllimin və kafedra müdirinin iştirakı ilə muvafiq Apelyasiya Komissiyası tələbənin yazılı cavablarının təkrar yoxlanmasını təmin edəcəkdir.

 


Tələbələrə kömək məqsədi ilə universitetin kitabxanası sessiya müddətində gücləndirilmiş iş rejimində, hər iş günü saat 8:30-dan 17:30-dək fəaliyyət göstərəcək. Həmçinin, qeyri iş günlərində kitabxana xidmətindən istifadə üçün növbətçilər ayrılması tələbələrə oxu zallarından və kitabxana xidmətindən istifadəyə imkan yaradacaq.

Tələbələr imtahan nəticələri haqqında məlumatları həmin gün universitetin e.lsu.edu.az veb səhifəsindən əldə edə bilərlər.

Qeyd edək ki, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov ilk imtahan günü 1 və 2 saylı tədris korpuslarında olub və imtahanların gedişini əyani izləyib.
 

 

 

 


Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator