Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

Yeniliklər

 

Faydalı keçidlər

 

 

24.02.2017:

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda mütəmadi elmi seminarlar keçirilir.

 

AKTUAL ELANLAR

DIQQƏT!

ABİTURİYENTLƏRİN VƏ LDU-nun 2017-Cİ İL MƏZUNLARININ NƏZƏRİNƏ

27 may 2017-ci il tarixdə LDU-da Lənkəran şəhər İH ilə birgə Açıq qapı günü və Məzun yarmarkası keçiriləcəkdir => VİDEO =>

 

Lənkəran Dövlət Universitetində ali məktəblərdə tyutor vəzifəsində çalışmaq istəyən magistr dərəcəli məzunlar və magistraturanın sonuncu tədris ili tələbələri üçün kurslar təşkil olunur =>

 

 
 

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ
IV TƏDRİS İLİ TƏLƏBƏLƏRİNİN YAZ İMTAHAN SESSİYASINA START VERİLDİ.

 


Lənkəran Dövlət Universitetində 4/36 saylı 10.04.2017-ci il tarixli əmrə əsasən may ayının 15-dən IV tədris ili qruplarının tələbələrinin yaz semestri üzrə imtahan sessiyasına start verilib. May ayının 31-nə kimi davam edəcək imtahan sessiyasında 4-cü kurslarda 17 qrupda, 14 ixtisas üzrə təhsil alan 477 tələbənin biliyi sınağa çəkiləcək. Həmin əmrə əsasən sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların və şikayətlərin mövcüd qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Appelyasiya Komissiyası yaradılmışdır. Tələbə ona verilən qiymətdən narazı olduğu halda həmin gün 1 saylı tədris korpusunda yerləşən 205 №-li auditoriyada yerləşən Appelyasiya Komissiyasına əsaslandırılmış şəkildə muraciət edə bilər. Bundan əlavə imtahan sessiyasında tələbələrin biliklərinin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq məqsədilə universitetdə Operativ Qərargah yaradılmışdır. Bu qərargahla əlaqə telefonları (025) 25-5-27-86, (025) 25-5-24-17 kimi müəyyən edilmişdir.

Bütün nəticələr universitetdə tədris prosesinin idarə edilməsinə tətbiq edilən E-Jurnal sistemi vasitəsilə emal edilir. Tələbələr gündəlik imtahan nəticələrini və davamiyyət (qiymətləndirmə) barədə məlumatları e.lsu.edu.az ünvanından öyrənə bilərlər.
Bütün IV tədris ili qrupunun tələbələrinə imtahanlarda uğurlar arzu edirik.
Qeyd edək ki, digər kurslar üzrə yaz semestr imtahanları iyun ayının 2-də başlanacaq.

 


 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator