Universitetimiz Struktur Tədris hissəsi Elmi hissə Tələbə qəbulu Fotoqalereya Az

Ru

En

 

 

 

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

 

KİV LDU haqqında

 

 

      Yeniliklər

 

 

Faydalı keçidlər

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ

IV TƏDRİS İLİ TƏLƏBƏLƏRİNİN YAZ İMTAHAN SESSİYASI BAŞLANIR.

 

LDU-üzrə 4/17 saylı 08.04.2016-cı il tarixli əmrlə 17.05.2016-cı il tarixdən IV tədris ili tələbələrinin yaz semestrinin imtahan sessiyası başlanır. Həmin əmrə əsasən imtahanların keçirilməsində nizam-intizama və qaydalara nəzarət edilməsi üçün aşağıdakı tərkibdə nəzarət-koordinatorlar qrupu yaradılmışdır:

  

1.

Tədris şöbəsinin müdiri

r.ü.f.d. İdrak Əsgərov

2.

Baş müəllim

ped.ü.f.d. Sahil Cəfərov

3.

Baş müəllim

Kamal Mahmudov

4.

Müəllim

Namik Qasımov

5.

Tədris işləri üzrə baş inspektor

Ramin Fərzullazadə

6.

Laboratoriya müdiri

Ceyhun Fətəliyev  

7.

Laborant

Ülkər Kələntərova

8.

Müəllim

Mais Cəfərov

9.

Operator

Lələyeva Fəxriyyə

 

 

 

 

 

  

 

 

 

 

Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların və şikayətlərin mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə aşağıdakı tərkibdə Appelyasiya Komissiyası yaradılmışdır:

 

1.

"Dil və ədəbiyyat kafedrasının müdiri

dos. Yədulla Ağazadə - sədr

2.

"Coğrafiya və ekologiya kafedrasının müdiri

dos. Balayar Şahbazov - üzv

3.

"Kimya və biologiya" kafedrasının müdiri

dos.Məmmədhüseyn Hüseynov - üzv

4.

"Tarix və fəlsəfə kafedrasının müdir əvəzi

tar.ü.f.d. Rakif İbadov - üzv

5.

"İqtisadi təhlil və idarəetmə kafedrasının müdiri

dos. Tofiq Paşayev - üzv

6.

"Xarici dillər" kafedrasının müəllimi

m. Aynur Bünyadova - üzv

7.

Katibə-makinaçı

Gülbəniz Mirzəbəyova - katib

  

   Tələbə ona verilən qiymətdən narazı olduğu halda həmin gün Appelyasiya Komissiyasına əsaslandırılmış şəkildə ərizə ilə müraciət edə bilər.

    İmtahana gəlməyən tələbə sessiyanın axırınadək gəlməməyinin üzürlü səbəbi haqqında məlumat vermədiyi halda tələbənin imtahana gəlməməsi həmin fəndən akademik borc hesab ediləcək. Əgər tələbə üzürlü səbəbdən imtahana gəlməmişdirsə, onun imtahan verməsi üçün Əsasnamıyı uyğun olaraq 1 (bir) dəfə şərait yaradılacaqdır.

   Sessiya dövründə kənar şəxslərin imtahanlar gedən tədris korpuslarına daxil olması qəti qadağandır.

    İmtahanın gedişində tələbəyə icazə verilmir:

   -  digər tələbələrlə danışmaq, onlara mane olmaq, imtahanda səs salmaq;

   - kitabdan, mühazirə konspektlərindən və digər icazə verilməyən materiallardan istifadə etmək və köçürmək;

   - imtahan biletini və cavab blanklarını təhvil vermədən imtahan zalından çıxmaq;

   - imtahanın gedişində telefon və digər köməkçi və texniki vasitələrdən istifadə etmək;

   Yuxarıda göstərilənlərə əməl etməyən tələbələr imtahan zalından kənarlaşdırılacaq və onların imtahan balı "0" elan olunacaqdır.

   LDU-üzrə 4/17 saylı 08.04.2016-cı il tarixli əmrlə imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək məqsədilə aşağıdakı tərkibdə "Operativ qərargah" yaradılmış və bu qərargahla əlaqə telefonları (025) 255 14 80 və (025) 255 27 86 təyin edilmişdir.

1. Rektor vəzifəsini icra edən - prof Nizami Yusubov, sədr

2. Tədris şöbəsinin müdiri - riy.ü.f.d. İdrak Əsgərov, üzv

3. "Təbiyyat" fakültəsinin dekan əvəzi - dos. Məlahət Ağayeva, üzv

4. "Humanitar və pedaqoji elmlər" fakültəsinin dekan əvəzi - dos. Kamran Kazımov, üzv  

5. "İqtisadiyyat və idarəetmə" fakültəsinin dekan əvəzi - dos. Rəşad əliyev, üzv

6. Elmi katib - Zaur Məmmədov, üzv

7. "Pedaqogika və psixologiya" kafedrasının müdir əvəzi - dos. Afiq Əliyev, üzv

8. Valideyn Şurasının sədri - Sərhad Məmmədov, üzv

9. "Respublika" qəzetinin bölgə müxbiri - Əlisəfa Həsənov, üzv

10. Mətbuat xidmətinin rəhbəri - Etibar Əhədov, üzv

11. Tələbə Gənclər Təşkilatının sədri - Emin Həmidli, üzv

   Tələbələrin yoxlama və imtahanlara hazırlıq işini səmərəli təşkil etmək məqsədi ilə universitetin Elmi kitabxanası sessiya müddətində hər gün saat 9:00-dan 18:00-dək fəaliyyət göstərəcəkdir. Qeyri-iş günlərində isə kitabxana xidmətindən istifadə üçün növbətçilər ayrılacaqdır.

   Əziz tələbələr! Bir daha nəzərinizə çatdırırıq ki, tələbələr imtahanlara tələbə bileti ilə buraxılacaqdır!

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

   
 

     

       

 Lənkəran Dövlət Universiteti - 2015

Bütün hüquqlar qorunur

Vebadministrator