Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

 

Yeniliklər

 

Faydalı keçidlər

 

 

VİDEO =>

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

Lənkəran Dövlət Universitetində ali məktəblərdə tyutor vəzifəsində çalışmaq istəyən magistr dərəcəli məzunlar və magistraturanın sonuncu tədris ili tələbələri üçün kurslar təşkil olunur =>

 

 

MƏZUNLARIN NƏZƏRİNƏ!

30.06.2017-ci il tarixdə saat 17:00-da LDU-nun 2 saylı tədris korpusunda MƏZUN GÜNÜ keçiriləcəkdir.

LDU-da elmi şuranın növbəti iclası keçirilib.

 


Lənkəran Dövlət Universitetində fəaliyyət göstərən elmi şuranın növbəti iclası olub.Elmi şuranın iclasını LDU-nun rektoru vəzifəsini icra edən ,riyaziyyat üzrə elmlər doktoru,professor Natiq İbrahimov açıb.Universitet rəsmisi bu ali təhsil ocağında son aylarda görülmüş işlər,yaz imtahan sessiyasının gedişi və sair barədə qısa açıqlama verdikdən sonra iştirakçılara elmi şuranın gündəliyində duran məsələlər barədə məlumat verib.
“Yaz imtahan sessiyasının gedişi haqqında” tədris işləri üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məlumat verib.”Tədrisin keyfiyyəti ilə əlaqədar görülmüş işlər “ barədə tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən professor Yədulla Ağazadənin məruzəsi dinlənilib.
Məruzələrdə qaldırılan məsələr elmi şuranın üzvləri tərəfindən geniş müzakirə edilib,təklif və rəylər dinlənilib.Hər iki məsələyə professor Natiq İbrahimov yekun vuraraq işində nöqsanlara yol vermiş müəllimlərə qarşı rəhbərliyin daim barışmaz mövqedə duracağını bəyan edib. Universitet rəsmisinin işində qusurlar aşkarlanmış əməkdaşlar barədə ciddi intizam tədbirləri görülməsinin vacibliyi barədə fikrini şura üzvləri də dəstəkləyib. Elmi şura üzvlərinin yekdil səsverməsi ilə yaz imtahan sessiyasında yol verdikləri nöqsanlara görə 2 müəllim işdən çıxarılıb,qalanlarına şiddətli töhmət və töhmət verilib,xəbərdarlıq olunub, onlara qısa zamanda işlərində ciddi dönüş yaratmaq bir vəzifə kimi tapşırılıb. Professor Natiq İbrahimov bütün işçiləri məsuliyyətli olmağa,onlara tapşırılan işi vicdanla yerinə yetirməyə,daim obyektiv mövqedə dayanmağa,universitetdə yaranmış şəffaflıq mühitini bundan sonra da qorumağa çağırıb.


Elmi şuranın iclasında “ 5 may 2017-ci il tarixdə “Azərbaycan müəllimi “ qəzetində verilmiş elanla əlaqədar müəllim,baş müəllim,dosent və professor vəzifəsinə seçkilərin keçirilməsi haqqında” elm və beynəlxalq əlaqələr şöbəsinin müdiri ,baş müəllim Zaur Məmmədovun məlumatı da dinlənilib. Bu vəzifələrə seçim gizli səsvermə yolu ilə həyata keçirilib.
İclasda cari məsələlərə də baxılıb. Müzakirə edilən məsələlər barədə müvafiq qərarlar qəbul olunub.
 

Digər xəbərlər =>

Azərbaycan alimləri diasporası"nın yaradılması haqqında elan burada =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator