Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

Yeniliklər

 

Faydalı keçidlər

 

 

 

 

 

 

24.02.2017:

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminar keçirildi.

 

LDU-da elmi şuranın növbəti yığıncağı keçirilib.

Lənkəran Dövlət Universitetində keçirilən elmi şuranın növbəti yığıncağını elmi şuranın sədri professor Natiq İbrahimov açıb və iştirakçıları gündəlikdə duran məsələlər barədə məlumatlandırıb. Etika və daxili nəzarət komissiyasının elmi şuraya çıxardığı məsələlər barədə komissiyanın sədri, dosent Kamran Kazımov məlumat verib. Kollokviumların nəticələri haqqında məlumatı təhsil komissiyasının sədri, dosent İdrak Əsgərov təqdim edib.

Elmi şurada həmçinin elm komissiyasının sədri, professor Yədulla Ağazadə  bu elm ocağının 25 illik tarixini əks etdirəcək kitabın nəşrinə hazırlığın vəziyyəti, hazırkı  mərhələdə ortaya çıxan çətinliklər barədə danışıb, ali təhsildə keyfiyyətin təminatı mövzusunda keçirilən konfrans materiallarının nəşri haqqında söz açıb.

Şurada bir sıra cari məsələlərə də baxılıb. Kafedralarda keçirilən yoxlamaların nəticələri barədə şura üzvü İdrak Əsgərov danışıb. Universitetin rəsmi veb saytı haqqında   Ənvər Şahqubadbəyli  məlumat verib. O, yaxın vaxtlarda LDU-nun rəsmi  saytındakı materialların 3 dildə-Azərbaycan, rus, ingilis dilində yayımlanması  üçün kompleks işlərin aparıldığını  şura üzvlərinin diqqətinə çatdırıb.

Universitetin sabiq dissertantı baş müəllim Eldar Məmmədovun elmi rəhbərinin dəyişilməsi haqqında Zaur Məmmədov, açıq dərslərin müzakirəsinin nəticələri haqqında  İdrak Əsgərov, 5 - 6 may 2017- ci il tarixlərində keçiriləcək elmi konfransa hazırlığın müzakirəsi  haqqında Yədulla Ağazadə, iş cədvəli barədə Allaşükür Quliyevin məlumatları dinlənilib.

Müzakirə edilən məsələlər barədə fikir mübadiləsi edilib,təklif və rəylər dinlənilib.Elmi şuranın sədri, professor Natiq İbrahimov yekunda müzakirə olunan məsələlərə münasibət bildirib,tənqidi qeydlərini iştirakçıların nəzərinə çatdırıb.Şura sədri fəallığı,müsbət xüsusiyyətləri,müasir tədris metodu ilə seçilən tələbə- müəllim və işçi heyətinin maddi və mənəvi stimullaşdırılacağını,günün tələbləri ilə ayaqlaşa bilməyənlərin tənbeh olunacağını deyib.

Elmi şurada müzakirəyə çıxarılmış məsələlər barədə müvafiq  qərarlar qəbul edilib.

 

 

Baş səhifə>>>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator