Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

Xəbərlər...

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir... =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

 

 

AKTUAL ELANLAR

 

RESPUBLİKA ELMİ KONFRANSI

 

22-23 dekabr 2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

 

LDU-da növbəti Elmi şura keçirilib.

 

 


Lənkəran Dövlət Universitetində növbəti elmi şura keçirilib. Elmi şuranı universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və iştirakçılara gündəlikdə duran məsələlər barədə məlumat verib.
Şura üzvləri ilk əvvəl LDU-nun coğrafiya və ekologiya kafedrasının dosenti, biologiya elmləri namizədi Raqif Əliyevi 75 illik yubuleyi münasibəti ilə təbrik ediblər. Professor Natiq İbrahimov Raqif Əliyevin universitetdəki pedaqoji fəaliyyətini yüksək dəyərləndirib, yubilyar haqqında xoş sözlər söyləyib və LDU-nun ictimai həyatında fəal iştirakına görə kollektiv adından minnətdarlıq bildirib.Könüllü olaraq universitetdəki fəaliyyətinə son qoyan dosent Raqif Əliyevin bu ali təhsil ocağındakı uzun və səmərəli fəaliyyəti,ictimai fəallığı fəxri-fərman və pul mükafatı ilə dəyərləndirilib.

 


Elmi şurada ”İntizam qaydalarının pozulması haqqında” etika və intizam komissiyasının sədri dosent Kamran Kazımov məlumat verib. Şura üzvlərinin yekdil səsverməsi nəticəsində universitetdaxili intizam tələblərinə və şəffaflıq prinsiplərinə əməl etməmiş müəllim və tələbələr barədə inzibati cəza tədbirləri görülüb. Belə ki,dəfələrlə edilən xəbərdarlıqdan nəticə çıxarmamış bir müəllimin elmi dərəcəsi aşağı salınıb,bir tələbə universitetdən xaric olunub,bir neçəsinə isə töhmət və şiddətli töhmət verilib.
“2017-2018-ci tədris ilinin 1-ci kollekviumlarının nəticələri haqqında” universitetin Tədrisin təşkili və Təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərovun məlumatı dinlənilib.İdrak Əsgərov yuxarı kurslarda ötən illərlə müqayisədə bu sahədə müsbət yönümə dəyişikliyin olduğunu,amma birinci kurslarda nəticələrin çox da ürəkaçan olmadığını deyib.Bu istiqamətdə tədrisin səmərəliliyinə nail olmaq üçün atıla biləcək addımlar müzakirədə şərh olunub,təklif və rəylər dinlənilib.
“Elmi-tədqiqat işlərinin 2017-ci il üçün yekun hesabatı”nı Tədqiqat işləri və İnnovasiyalar üzrə prorektor vəzifəsini icra edən professor Yədulla Ağazadə təqdim edib.Hesabatda bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı bəhs edilib.Müzakirə zamanı səsləndirilən təkliflərin nəzərə alinacağı qeyd edilib.
Elmi şuranın müzakirəsinə çıxarılan növbəti məsələ “2-ci semestrdən etibarən dərslərin I-V günlərə keçirilməsi“ olub və şura üzvləri tərəfindən təklif yekdilliklə bəyənilib.
Universitetin təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektor vəzifəsini icra edən Azər Əliyev qışa hazırlığın vəziyyətindən danışıb və bu sahədə hələki hər hansı problemin yaşanmadığını bildirib.
Şura üzvləri LDU-nun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Elvin Əliyevin “Universitetin elmi-metodik şurasında baxılan işlərin müzakirəsi” barədə hesabatını da dinləyərək geniş müzakirə edib.
Elmi şurada eyni zamanda gizli səsvermə yolu ilə dosent seçkisi keçirilib.
LDU ilə Avropanın,Rusiyanın,Türkiyə Cumhuriyyətinin ali təhsil ocaqları arasında bağlanmış ikitərəfli əməkdaşlığa dair müqavilələr bəyənilib. Şurada bəzi cari məsələlərə də baxılıb. Baxılan bütün məsələlər barədə qərar qəbul olunub.
 

Digər xəbərlər =>

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator