Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

Xəbərlər...

 

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

DİQQƏT!

Lənkəran Dövlət Universiteti 2017-ci il üçün aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir... =>

Daha ətraflı =>

 

 

DİQQƏT!

Lənkəran Dövlət Universitetində bаkаlаvriat və magistratura səviyyələrinin tədris qrupları üçün 2017/2018-ci tədris ili üzrə payız semestrinin imtahan sessiyasının müvafiq əsasnamələrin müəyyən etdiyi qaydalara uyğun keçirilməsi və tələbələrin biliyinin yoxlanılması haqqında əmr imzalandı...

Daha ətraflı =>

 

 

KARYERA MƏRKƏZİ

Lənkəran Dövlət Universiteti vakant yerlər üzrə vəzifələri tutmaq üçün müsabiqə elan edir... =>

Daha ətraflı =>

 

 

 

LDU-da payız imtahan sessiyasının nəticələri müzakirə edildi.

 


Lənkəran Dövlət Universitetində (LDU) elmi şuranın növbəti iclası keçirilib. Müzakirəyə çıxarılan ilk məsələ payız imtahan sessiyasının nəticələri ilə bağlı olub. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başa çatmış payız imtahan sessiyasının nəticələri barədə qısa açıqlama verdikdən sonra sözü məruzəçiyə-tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərova verib. Məruzəçi son üç imtahan sessiyalarının nəticələrinin müqayisəli təhlilini verib və şura üzvlərini ətraflı məlumatlandırıb.Universitetdə tədrisdə qazanılan keyfiyyət göstəriciləri faktlar və rəqəmlər vasitəsi ilə təstiqini tapıb. Üç imtahan sessiyasının nəticələri elmi şura üzvlərinə slaydlar və cədvəllər vasitəsi ilə əyani nümayiş olunub. Belə ki,2016-2017-ci tədris ilinin payız semestri üzrə bakalavr, əyani şöbədə müvəffəqiyyət faizi 71,22, keyfiyyət 5,16 olduğu halda, 2017-2018 –ci ilin payız semestri üzrə müvəffəqiyyət faizi 79,86 keyfiyyət göstəricisi 14,98 olub. Bu artım özünü magistratura səviyyəsində də göstərib. 2016-2017-ci ilin payız semestri üzrə müvəffəqiyyət faizi 87,09, keyfiyyət 51,61 olduğu halda, 2017/2018-ci tədris ilinin payız semestrində müvəffəqiyyət 91,14,keyfiyyət 54,43 təşkil edib.Qiyabi şöbədə də nəticələr ürəkaçan olub,keyfiyyət faizi 5,74-dən 5,88-ə yüksəlib.

 


Elmi şurada müzakirəyə çıxarılan ikinci məsələ “2017-2018-ci il üçün nəzərdə tutulan doktoranturaya qəbul və dissertanturaya təhkimolma haqqında “ olub.Bu barədə universitetin tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən professor Yədulla Ağazadə ətraflı məlumat verib.Bildirib ki,bu il 24 nəfər doktoranturaya,10 nəfər dissertanturaya sənəd verib.Doktorantura imtahanında iştirak edən 21 nəfərdən 7-si imtahanlardan keçərək müvəffəqiyyət qazanıb,6 nəfər də dissertanturaya qəbul olunub.Hazırda sənədləşmə işləri yekunlaşmaq üzrədir. Qeyd edək ki,bu sahədə şəffaflığın bir daha yoxlanılması və edilən müraciətə aydınlıq gətirilməsi məqsədi ilə şura üzvlərindən ibarət komissiya yaradılıb .
Universitetdə fəaliyyət göstərən ictimai təşkilatlar haqqında hesabatı LDU həmkarlar ittifaqı komitəsinin sədri dosent Elman Mirzəyev təqdim edib.Hesabatda bu sahədə əldə olunmuş uğurlar,qarşıda duran məsələlər əksini tapıb.
LDU-da intizam qaydaları və iş rejimi barədə məlumatı tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzivəsini icra edən dosent İdrak Əsgərov təqdim edib.Bildirilib ki,unuversitet tarixində ilk dəfə olaraq yaz sessiyasından başlayaraq dərslər həftənin 1-5-ci günləri keçiriləcək ki,bu da tədrisin səviyyəsinin yüksəlməsinə,müəllim və tələbələrin asudə vaxtlarının səmərəli təşkilinə şərait yaradacaq.Dosent İdrak Əsgərov dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaarq hələ də bəzi müəllimlərin universitetin daxili intizam qaydalarını pozduğunu,imtahanlarda şişirtmə qiymətlər yazmağa cəhd hallarının baş verdiyini və belə şəxslərə qarşı ciddi ölçü götürüləcəyini bildirib.Baş verən neqativ halların araşdırılması məqsədlə elmi şura üzvlərindən ibarət komissiya təşkil olunub.
Təsərrüfat məsələlərinin müzakirəsi də maraqlı keçib. Təsərrüfat və iqtisadi məsələlər üzrə prorektor vəzifəsini icra edən Azər Əliyev məlumat verərək bildirib ki,universitetin əsas binasında və tədris korpuslarında payız-qış aylarında kommunal xidmətlər,su,elektrik,istilk,qaz və sair təchizatı ilə bağlı hər hansı problem yaşanmayıb.Hazırda əsas diqqətin qarşıdakı yaz əkin kompaniyasına yönəldiyini deyən Azər Əliyev 5 hektar sahədə dənli-paxlalı və tərəvəz bitkilərinin əkiləcəyini,2 hektarda sitrus meyvələri bağı salınacağını ,ötən payız əkilmiş 1 hektara yaxın yaşıl çay plantasiyasına aqrotexniki qulluq ediləcəyini bildirib.Məruzəçi yaxın zamanda keçmiş peşə məktəbinin tam yarasız vəziyyətdə olan və LDU-nun balansına verilmiş yataqxana binasında əsaslı təmir işlərinə başlanacağını,1-ci tədris korpusunda əlavə binanın tikiləcəyini,digər korpusda yeməkxana binasının inşa ediləcəyini,abadlıq və yaşıllaşdırılma işlərinin görüləcəyini şura üzvlərinin diqqətinə çatdırıb.
“Azərbaycan müəllimi” qəzetinin 15 dekabr tarixli buraxılışında LDU üzrə verilmiş elanla əlaqədar vakant yerlərə seçkilərin keçirilməsi ilə bağlı məlumatı elmi şuranın katibi Zaur Məmmədov təqdim edib.Vakant dosent yerlərinə namizədlər gizli səsvermə yolu ilə müəyyənləşib.
Elmi şurada digər cari məsələlərə də baxılıb.Müzakirə olunan məsələlər disskussiya şəraitində keçib,təklif və rəylər dinlənilib.Bütün məsələlər barədə qərarlar qəbul edilib.Elmi şuranı LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov yekunlaşdırıb və tədris ilinin uğurla yekunlaşdırılması ,yeni uğurlara imza atılması istiqamətində kollektivə uğurlar arzulayıb.Bununla da elmi şura işini yekunlaşdırıb.

 

Qeyd edək ki, Elmi şuranın bu dəfəki iclasında universitetdə yaradılmış İctimai şuranın sədri, rayon Ağsaqqalar Şurasının sədr müavini Sərhad Məmmədov da iştirak edib.

Digər xəbərlər =>

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator