Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

 

03.03.2018-ci il tarixdə Lənkəran Dövlət Universitetində keşirilmiş Fənn olimpiadasının NƏTİCƏLƏRİ

 

Xəbərlər...

 

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

 

 

AKTUAL ELANLAR

 

ELMI-PRAKTIK KONFRANS

Lənkəran Dövlət Universitetində 7-8 may 2018-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti mövzusunda Respublika Elmi-praktik konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

TƏBRİK EDİRİK!

 

 

Lənkəran Dövlət Universiteti rektorunun müşaviri, texnologiya və texniki fənlər kafedrasının dosenti Mikayıl Əkbər oğlu Məhərrəmova  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 9 fevral 2018-ci il tarixli qərarına əsasən texnika üzrə elmlər doktoru elmi dərəcəsi və diplomu verilmişdir...

Daha ətraflı =>

 

 

3-8 iyul 2018-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Qeyri-müəyyənliklər daxilində qərar qəbuletmə problemləri" adlı beynəlxalq konfrans keçiriləcək...

Daha ətraflı =>

 

 

 

 

Elmi Şurada istehsalat və pedaqoji təcrübələrin

gedişatı müzakirə edildi.

 

 

Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və şura üzvlərinə gündəlikdə duran məsələlər barədə məlumat verib.
Müzakirəyə çıxarılan ilk məsələ “ Kollekviumların, istehsalat və pedaqoji təcrübələrin gedişatı” olub. Bu barədə şura üzvlərinə universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məlumat verib. Məruzəçi istehsalat və pedaqoji təcrübələrin gedişinin normativlərə uyğun davam etdiyini və heç bir problem yaşanmadığını şura üzvlərinin diqqətinə çatdırıb.
“2017-2018-ci il üçün qəbul olunan doktorant və dissertantların elmi rəhbərləri və dissertasiya mövzularının təstiq olunması haqqında” məlumatı tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən professor Yədulla Ağazadə təqdim edib və iştirakçılara bu barədə ətraflı məlumat verib.
Elmi şuranın etika komissiyasının sədri dosent Kamran Kazımov “Daxili intizam qaydaları haqqında” danışarkən bu sahədə yol verilmiş nöqsanlarla bağlı geniş açıqlama verib. Ötən elmi şuranın qərarı ilə yaradılmış komissiyanın apardığı yoxlamanın nəticələri barədə iştirakçıları məlumatlandıran Kamran Kazımov bildirib ki, aparılmış yoxlamanın nəticələrinə əsasən ötən payız imtahan sessiyasının gedişində yol verdikləri nöqsanlara görə universitetin bir neçə əməkdaşı cəzalandırılıb, bir müəllimə şiddətli töhmət, bir neçəsinə isə töhmət verilib, bir neçə əməkdaşa da xəbərdarlıq olunub. Məsələnin müzakirəsi zamanı çıxış edən professor Natiq İbrahimov qeyd edib ki, rəhbərlik işdə nöqsanlara yol verən, universitetin apardığı şəffaflıq kompaniyasına xələl gətirən işçilərə qarşı bundan sonra da amansız olacaq, sərt tədbirlər davam etdiriləcək.
Elmi şurada “Universitetin bəzi struktur bölmələrində dəyişiliklərin aparılması haqqında” məlumat şura üzvlərinin geniş müzakirəsindən sonra bir sıra əlavə və dəyişiliklərlə qəbul olunub.
7-8 may 2018-ci il tarixdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Müasir İnkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti” mövzusunda keçiriləcək respublika elmi konfransına hazırlığın vəziyyəti müzakirə olunarkən LDU-da hazırlıq işlərinin normal getdiyi, respublikanın digər ali təhsil ocaqlarının da tədbirə dəvət edildiyi bildirilib.
Elmi şurada universitetin elmi-metod şurasında baxılan işlərin müzakirəsi aparılıb. Bu barədə elm şöbəsinin müdiri dosent Elvin Əiiyev məlumat verib.
Şurada bir sıra cari məsələlər də nəzərdən keçirilib. Müzakirəyə çıxarılan məsələlər barədə müvafiq qərarlar qəbul olunub.
Elmi şuranı professor Natiq İbrahimov yekunlaşdırıb və şura üzvlərini, həmçinin LDU-nun bütün əməkdaşlarını əsil vətəndaş mövqeyi sərgiləməklə ölkənin həyatında vacib siyası kompaniya olan 11 aprel prezident seçkilərində fəal iştirak etməyə çağırıb.

 

 

Digər xəbərlər =>

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator