Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

2017/2018-ci tədris ilinin yaz semestri üzrə imtаhаn sеssiyаsının təşkili və keçirilməsi haqqında əmr imzalandı ===>

 

 

 

 

03.03.2018-ci il tarixdə Lənkəran Dövlət Universitetində keşirilmiş Fənn olimpiadasının NƏTİCƏLƏRİ ===>

Xəbərlər...

 

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

ELMI-PRAKTIK KONFRANS

Lənkəran Dövlət Universitetində 7-8 may 2018-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti mövzusunda Respublika Elmi-praktik konfransı keçiriləcəkdir...

Daha ətraflı =>

 

 

 

 

TƏBRİK EDİRİK!

 

 

Lənkəran Dövlət Universiteti rektorunun müşaviri, texnologiya və texniki fənlər kafedrasının dosenti Mikayıl Əkbər oğlu Məhərrəmova  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 9 fevral 2018-ci il tarixli qərarına əsasən texnika üzrə elmlər doktoru elmi dərəcəsi və diplomu verilmişdir...

Daha ətraflı =>

 

 

 

3-8 iyul 2018-ci il tarixdə Lənkəran Dövlət Universitetində "Qeyri-müəyyənliklər daxilində qərar qəbuletmə problemləri" adlı beynəlxalq konfrans keçiriləcək...

Daha ətraflı =>

 

 

 

Lənkəran Dövlət Universitetində Elmi şuranın növbəti iclası keçirilib.

 

 

İclası giriş sözü ilə LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və ilk öncə iştirakçıları Təhsil naziri cənab Ceyhun Bayramovun əmri ilə tanış edib. Əmrə əsasən dos. Kamran Kazımov universitetin Sosial məsələlər üzrə prorektoru vəzifəsinə təyin edilib.
Sonra gündəlikdə duran məsələlər açıqlanıb.
Yaz imtahan sessiyasına və Yekun Dövlət Attestasiyasına hazırliğin vəziyyəti ilə əlaqədar LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərov məlumat verib. Məlumat ətrafında müzakirələr aparılıb.
“Daxili intizam qaydaları” haqqında universitetin Etika və intizam komissiyasının sədri Kamran Kazımov məlumat verib.

Gündəlikdə duran III məsələ ilə bağlı Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosen İdrak Əsgərov çıxış edərək bildirib ki, 21 May 2018-ci il tarixdə Məzun yarmarkası, 21-23 May 2018-ci il tarixlərində isə Açıq qapı günü keçiriləcəkdir. Tədbirin səmərəli və yüksək səviyyədə təşkil olunması üçün Universitet üzrə 17 aprel 2018-ci il tarixli 4/42 saylı əmrlə Təşkilat komitəsi yaradılmışdır. Məruzəçi qeyd etdi ki, Açıq qapı günü ilə əlaqədar Lənkəran, Masallı, Cəlilabad, Astara, Lerik, Yardımlı və Biləsuvar Rayon Təhsi şöbələrinə rəsmi məktublar göndərilib. Məzun yarmarkasında ümumilikdə 55 müəssisə və təşkilatın iştirakı gözlənilir.

 


Elmi şuranın katibi t.ü.f.d Zaur Məmmədov “Azərbaycan Müəllimi” qəzetində verilmiş 08.03.2018-ci il tarixli elana əsasən LDU üzrə müvafiq kafedralara professor və dosent vəzifələrinə seçkilərin keçirilməsi ilə bağlı məlumat verib. Namizədlər Şura üzvlərinə təqdim olunduqdan sonra qapalı səsvermə yolu ilə müvafiq vəzifələrə seçiliblər.

 


Universitetin bir qrup əməkdaşlarının hazırladıqları fənn proqramları, dərslik və dərs vəsaitləri haqqında məlumatı Elm şöbəsinin müdiri dosent Elvin Əliyev verib. Hazırlanmış hər bir vəsait ayrı-ayrılıqda müzakirə edildikdən sonra səsə qoyulub və onların barəsində müvafiq qərarlar qəbul edilib.
Sonda bildirilib ki, LDU-nun 2 əməkdaşı – Rektorun müşaviri texnika üzrə elmlər doktoru, professor Mikayıl Məhərrəmov və Elm şöbəsinin müdiri dosent Elvin Əliyev aprel ayının 16-dan 18-dək Türkiyə Respublikasının Kars Dövlət Kafkas Universitetində olub və orada keçirilən tədbirlərdə iştirak ediblər. Professor Mikayıl Məhərrəmov səfərlə əlaqədar təəssüratlarını çatdırdı və Kars Dövlət Kafkas Universitetinin xatirə hədiyyəsini rektora təqdim etdi.
Elmi şurada həmçinin bir sıra cari məsələlər də müzakirəyə çıxarılıb.
 

 

Digər xəbərlər =>

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator