Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

Xəbərlər...

  2017/2018-ci tədris ilində LDU-nə qəbul olunmuş magistrantların nəzərinə!

 

Faydalı keçidlər

 

 

VİDEO =>

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

Lənkəran Dövlət Universitetində ali məktəblərdə tyutor vəzifəsində çalışmaq istəyən magistr dərəcəli məzunlar və magistraturanın sonuncu tədris ili tələbələri üçün kurslar təşkil olunur =>

 

 

2017/2018-ci tədris ilində LDU-nə qəbul olunmuş magistrantların nəzərinə!

05.07.2017:


LDU-da Elmi şuranın növbəti iclası keçirilib.

 


Lənkəran Dövlət Universitetində fəaliyyət göstərən elmi şura bu tədris ilində son iclasını keçirib. Elmi şuranın iclasını LDU-nun rektoru vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov açıb. Universitet rəsmisi yaz imtahan sessiyasının gedişi və nəticələri barədə qısa açıqlama verdikdən sonra bu barədə ətraflı məlumat üçün sözü tədris işləri üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərova verib. İdrak Əsgərov “Yaz imtahan sessiyasının nəticələri və yay sessiyasına hazırlığın vəziyyəti” barədə şura üzvlərini ətraflı məlumatlandırıb. Məlumatda bildirilib ki, əvvəlki illərlə müqayisədə müsbət tendensiya müşahidə olunsa da, yaz imtahan sessiyası müddətində bir sıra nöqsanlara da yol verilib. Məruzəçi həmin nöqsanları konkret faktlar əsasında şərh edib.
Qeyd edək ki, sözügedən məsələnin müzakirəsində elmi şura üzvləri aktiv iştirak ediblər. Nöqsanlara yol vermiş müəllimlər, kafedra müdirləri barədə sərt ölçü götürülməsi təklif edilib. Elmi şura üzvlərinin açıq səsverməsi yolu ilə həmin şəxslər barədə ciddi inzibati tədbirlər görülməsi barədə qərar qəbul edilib. Belə ki, nöqsanlara yol vermiş bir müəllim ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən uzaqlaşdırılıb, bir neçəsinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, bir neçəsi isə töhmət və xəbərdarlıq alıb.

 


Elmi şuranın bu gün keçirilən son iclasında tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən professor Yədulla Ağazadə elmi-tədqiqat işlərinin 2017-ci ilin birinci yarımilliyindəki hesabatını verib. Məruzəçi ötən dövrlərlə müqayisədə bu ilin 6 ayında işlərin həm həcmcə, həm də keyfiyyətcə qənaətbəxş aparıldığını, müsbət irəliləyişin müşahidə olunduğunu şura üzvlərinin nəzərinə çatdırıb.
5 may 2017-ci il tarixli “Azərbaycan müəllimi” qəzetində verilmiş elanla əlaqədar dekan və kafedra müdirlərinin seçkisinin nəticələri haqqında İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Allahşükür Quliyevin məlumatı dinlənilib.
Elmi şurada Lənkəran Dövlət Universitetinin elmi-metodiki şurasında baxılan işlərin təstiqi barədə məlumatı LDU-nun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Elvin Əliyev çatdırıb.
LDU-nun son elmi şurası tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən professor Yədulla Ağazadəyə universitetin rektoru, professor Natiq İbrahimovun doğum günü münasibəti ilə kollektiv adından hədiyyə təqdim etməsi ilə də yaddaqalan olub. Hədiyyə isə rəmzi seçilib-saat. Rektor həm yubilyara, həm də şuranın bütün üzvlərinə işlərində saat kimi dəqiq olmağı arzu etdiyini dilə gətirib.
Şura iclasında müzakirəyə çıxarılan bütün məsələlər barədə müvafiq qərarlar qəbul olunub. Bununla da, Elmi şura 2016-2017-ci tədris ilindəki fəaliyyətini yekunlaşdırıb.
 


 

ELAN:

2017/2018-ci tədris ilində LDU-nə qəbul olunmuş magistrantların nəzərinə!

Digər xəbərlər =>

Azərbaycan alimləri diasporası"nın yaradılması haqqında elan burada =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator