Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO ÇARX - 2017

 

 

 

 

 

Xəbərlər...

 

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 

Faydalı keçidlər

 

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

TƏBRİK EDİRİK!

 

 

23 fevral 2018-ci il tarixdə   “Riyaziyyat və informatika” kafedrasının genişlənmiş iclasında “Diferensial tənliklər” (1211.01) ixtisası üzrə dissertant Vahab Mehti oğlu Həbibovun “Qeyri-lokal sərhəd şərtli parabolik tənliklər üçün optimal idarəetmə məsələləri” mövzusunda riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın ilkin müzakirəsi uğurla keçirildi.
TƏBRİK EDİRİK!
 

 

 

 

“Xocalım - qan yaddaşım...”

 

 

1992-ci il fevralın 26-da Xocalıda baş vermiş qətlyamdan bizi 26 illik zaman fasiləsi ayırsa da, xalqımız həmin günü qan yaddaşında tarixinin qanla yazılmış ən ağrılı səhifəsi kimi saxlayır,dönə-dönə xatırlayır,günahsız faciə qurbanlarının ruhlarını hər il ehtiramla yad edir.
Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə heyəti də bu gün şəhərin mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edərək abidənin önünə təzə-tər qərənfillər düzüblər.

 

 

 

 

Anım mərasimi LDU-da keçirilən tədbirlə davam etdirilib. Tədbir iştirakçıları ilk öncə Xocalı faciəsini əks etdirən kitab və məcmuələrlərdən,foto-materiallalrdan ibarət sərgi ilə tanış olublar.
26 il öncə qaniçən ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş,qanına qəltan edilmiş günahsız qurbanlarının xatirəsi bir dəqiqəlik sukutla yad edilib.

 


Lənkəran Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərov baş verən qətlyamı nəinki Azərbaycanın, həmçinin dünyanın ən dəhşətli hadisəsi, faciəsi adlandıraraq gənc nəsli unutqan olmamağa,baş verənləri ibrət dərsi kimi daima xatırlamağa çağırıb.Bildirib ki, nə qədər ki, torpaqlarımız geri alınmayıb, Xocalı erməni separatçılarından təmizlənməyib, şəhid ruhları sakitlik tapmayacaq.

 


Baş verən dəhşətli faciə,onu doğuran şərait, səbəb və nəticələri, tarixin ibrət dərsləri LDU-nun tarix və onun tədrisi kafedrasının dosenti Rakif İbadovun məruzəsində ətraflı təhlil edilib.
Tələbələrin təqdim etdiyi “Xocalım-qan yaddaşım” adlı ədəbi –bədii kompozisiyada baş verən faciəni əks etdirən ədəbi əsərlərdən parçalar səsləndirilib.
Anım mərasimi “Xocalı faciəsi XX əsrin ən böyük faciəsidir “ adlı videçarxla başa çatıb.

 

 

 


 

Digər xəbərlər =>

2018/2019-cu tədris ili üzrə LDU-nun bakalavriat səviyyəsinə QƏBUL PLANI =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 25 88,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator