Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

Yeniliklər

 

Faydalı keçidlər

 

 

 

 

 31 mart Azərbaycanlıların soyqırım günü

1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan,sonra ölkənin bölgələrində davam etdirilən, 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnən soyqırım günündən bizi təqribən 1 əsrlik zaman fasiləsi ayırsa da, tarixdə heç nə unudulmur, heç nə də yaddan çıxmır. Qanlı qırğınların günahsız qurbanlarının xatirəsi soyqırım günündə hər yerdə olduğu kimi Lənkəran Dövlət Universitetində də professor-müəllim-tələbə heyətinin iştirakı ilə geniş şəkildə yad olunub. LDU-nun kollektivi universitet rəsmiləri başda olmaqla, Lənkəran şəhərinin mərkəzində soyqırım qurbanlarının xatirəsinə inşa olunmuş abidə kompleksi ziyarət ediblər. Kompleksin önünə  günahsız qurbanların xatirəsinə ehtiram əlaməti olaraq al-qırmızı qərənfillər düzülüb.

 

 Anım mərasimi Lənkəran  Dövlət Universitetinin akt zalında   31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar təşkil olunan elmi-praktik konfransla davam etdirilib.

Konfrans soyqırım qurbanlarının xatirəsinin 1 dəqiqəlik sukutla anılması ilə başlanıb. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov 99 il öncə baş vermiş faciədən və sonrakı davamından tarixi ardıcıllıqla, faktlara istinadən söz açıb, bildirib ki, təkcə Lənkəran quberniyasında martın 28-dən aprelin 2-dək 2 mindən cox günahsız insan vəhşicəsinə qətlə yetirilmiş, 40 kənd yandırılmış, bütün quberniya viran qoyularaq əhalinin min zülmlərlə əldə etdiyi varidatı  talan edilmişdir. Natiq İbrahimov 1992-ci ilin Xocalı qətlyamı üzərində xüsusi dayanaraq baş verənlərin bir daha təkrarlanmaması üçün gənc nəsli diqqətli, vətənpərvər olmağa, keçmişdən ibrət götürüb gələcəyə ayıq gözlə baxmağa  çağır. Bu qətliam zamanı azərbaycanlılara məhz milli mənsubiyyətinə görə divan tutulduğunu, soydaşlarımızın qətl və amansız işgəncələrə məruz qaldığını vurğulayan professor Natiq İbrahomov ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli, 116 saylı fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini bildirdi, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdır.

Humanitar fənlər kafedrasının baş müəllimi tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudov, Tarix və coğrafiya müəllimliyi ixtisasının III tədris ili tələbəsi Mirtəhmasib Rəhimov  çıxışlarında paytaxt Bakı ilə yanaşı bölgələrdə, xüsusən cənub bölgəsində, Lənkəran, Masallı, Astara qəzasında törədilən erməni vəhşilkilərindən tarixi sənədlər əsasında məruzə və çıxış etdilər.

Anım mərasimində erməni vəhşiliklərini əks etdirən video-film nümayiş etdirildi.

foto 1 foto 2 foto 3 foto 4 foto 5 foto 6

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator