Universitetimiz Struktur Tədris hissəsi Elmi hissə Tələbə qəbulu Fotoqalereya Az

Ru

En

 

 

 

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

 

KİV LDU haqqında

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

      Yeniliklər

 

 

Faydalı keçidlər

 

 

STARTAPÇILAR LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ

 

 

 

  Lənkəran Dövlət Universitetində  Startap Azərbaycan layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.  Görüşdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İT-nin İnkişafı Dövlət Fondu və digər rəsmi qurumlar və şirkətlər tərəfindən  dəstəklənən  Startap Azərbaycan layihəsinin əsas məqsədləri, layihə çərçivəsində hazırda davam edən müsabiqə qaydaları, Startap Günləri haqqında söhbət gedib.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz çıxış  edərək Dövlət Fondunun həyata keçirdiyi layihələr, qrant müsabiqələri və qarşıda gözlənən tədbirlər haqqında məlumat verib.

 

 

  Görüşdə həmçinin ölkədə tanınmış startapçılar və İT sahəsi üzrə mütəxəssislərdən Rəşad Camal, Emin Baxşəliyev,  Rəşid Əliyev, Orxan Əhmədov çıxış edərək öz  təcrübələri və startap sahəsindəki mövcud trendlərlə, elektron ticarət sahəsindəki vəziyyətlə bağlı fikirlərini tələbələrlə bölüşmüşlər. Toplantı diskussiya şəraitində keçmiş, tələbələri maraqlandıran suallara cavab verilmişdir.

 

 

 

  Universitetin rektor vəzifəsini icra edən texnika elmləri doktoru, professor Nizami Yusubov görüşün təşkilatçılarına minnətdarlığını bildirmiş, milli startapçılara işlərində uğurlar arzulamışdır. 

Tədbirdə Lənkəran tibb və humanitar kollecin tələbələri də iştirak edirdilər.

 

 

 

   
 

     

       

 Lənkəran Dövlət Universiteti - 2015

Bütün hüquqlar qorunur

Vebadministrator