Universitetimiz Struktur Tədris hissəsi Elmi hissə Tələbə qəbulu Fotoqalereya Az

Ru

En

 

 

 

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

 

KİV LDU haqqında

 

 

      Yeniliklər

 

 

Faydalı keçidlər

 

"ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN AZƏRBAYCANIN ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ İNTEQRASİYASININ TƏMƏLİNİN QOYULMASI".

LDU-da TEMPUS lahiyəsi çərçivəsində növbəti təlimlər keçirildi.

Lənkəran Dövlət Universiteti həmişə olduğu kimi beynəlxalq əlaqələrə daim üstünlük verir. Beynəlxalq əlaqələr həm ikitərəfli əməkdaşlıq müqavilələri çərçivəsində, həm də müxtəlif beynəlxalq qrand lahiələri çərçivəsində həyata keçirilir. LDU hal-hazırda Avropa İttifaqının maliyələşdirdiyi TEMPUS proqramı çərçivəsində həyata keçirilən "Əlilliyi olan şəxslərin Azərbaycanin ali təhsil müəssisələrinə inteqrasiyasinin təməlinin qoyulmasi" TEMPUS lahiyəsinin partnyorarından biridir. Qeyd etmək lazimdir ki, "Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması" (ESFIDIP) adlı Tempus layihəsinin əsas məqsədi əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasına zəmin yaratmaq və bu sahədə Avropa təcrübəsini Azərbaycan  univeritetlərində tətbiq etməkdən ibarətdir. Layihənin digər məqsədləri isə Azərbaycanın ali təhsil müəssisələrinə əlilliyi olan tələbələrin cəlb edilməsi və dəstəklənməsi üçün uyğun siyasətin və təlimatların hazırlanması, ali təhsil müəssisələrində, tələbələrin, müəllimlərin və işçilərin təlimləndirilməsi, yerli tərəfdaş universitetlərdə "Əlilliyi olan tələbələr üçün Mərkəz"lərin yaradılması, layihə barədə ictimaiyyətin məlumatlandırılmasıdır.

28-30 aprel 2016-cı il tarixdə Lənkəran Dövlət Universitetində "Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəsisələrinə inteqrasiyasının təməlinin qoyulması" ESFİDİP-Tempus layihəsi (əsas kordinatoru Xəzər Universiteti) çərçivəsində yaradılmış "Əlilliyi olan tələbələr üçün mərkəz"in təşəbbüsü ilə müəllimlər, inzibati işçilər və tələbələr üçün treninqlər təşkil olunmuşdur.

Təlimlərdə ilk öncə  Lənkəran Dövlət Universitetinin lahiyə üzrə koordinatoru dosent Ramiz Şəmmədov lahiyə haqqında iştirakçılara geniş məlumat vermiş və təlimçiləri kollektivə təqdim etmişdir.  Sonra söz təlimçilər verilmişdir.

29 aprel 2016-cı il tarixində Xəzər Universitetinin psixologiya müəllimi, Mələk Kərimova əlilliyin modelləri, əlilliyin dərki, inkluziv təhsil,  Üniversitet və sinif içi qaydalarda nələrə diqqət edilməlidir, Avropa partnyor universitetlərində əldə edilən təcrübələrin paylaşılması mövzusunda Universitet müəllimləri üçün təlim keçmişdir. Təlimlərdə 20 müəllim iştirak etmişdir və təlim sıx müzakirə şəklində keçirilmişdir. Müzakirələrdə müəlimlərimizdən fil.e.d. Y.Ağazadə, ped.e.n. A.Əliyev, N.Ələsgərov, Z.Məmmədov və başqaları fəal iştirak etmişdir.

 

Daha sonra Xəzər Universitetindən layihənin rənbəri Rima Məmmədova inzibati işçilər üçün iştirakçılara əlillik, onunla əlaqədar olan qanunvericilik, əlilliyi olan şəxslərlə ünsiyyət və inkluziv təhsil haqqında geniş məlumat verdi. Rima Məmmədova həmçinin, ESFİDİP layihəsi və layihə çərçivəsində yaradılmış "Əlilliyi olan Tələbələr üçün Mərkəz" haqqında məlumat verdi. Təlimlərdə 21 inzibatı işçi iştirak etmişdir.

30 aprel 2016-cı ildə Əlil Təşkilalar İttifaqının nümayəndəsi Bəybala İbadullayev Universitetin tələbələri üçün Əlillik nədir, bu sahədə olan Respublika Qanunvericiliyi haqqında, əliliyi olan şəxslərlə ünsiyyətin qurulması, inkluziv təhsil haqqında, belə şəxslər kömək məqsədi ilə könüllülük  prinsipi haqqında ESFİDİP Tempus layihəsi çərçivəsində yaradılmış əlilliyi olan tələbələr üçün Mərkəzin funksiyaları haqqında geniş məlumt vermişdir. Təlimlərdə müxtəlif ixtisaslardan olan 24 tələbə fəal iştirak etmişdir və geniş müzakirə keçirilmişdir.

Təlimlərin ikinci günü layihə komandasının  və təlimçilərin Universitet rəhbərliyi ilə görüşü keçirilmişdir. Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən prof. Nizami Yusubov layihə iştirakçılarını salamlamış və Universitetimizə son dövrdə aparılan işlər haqqında, o cümlədən beynəlxalq əlaqələr sahəsində görülən və görüləcək işlər haqqında geniş məlumat vermişdir. Prof. Nizami Yusubov layihənin respublikamız üçün xüsusi əhəmiyyət,ini qeyd etməklə yanaşı, Lənkəran Dövlət Universitetində fəaliyyət göstərəcək mərkəzin bütövlükdə Cənub bölgəsi üçün görəcəyi işlərin əhəmiyyətini vurğuladı. O bildirdi ki, müxtəlif fiziki məhdudiyyətli şəxslərin içərisində xüsusi istedada malik insanların vardır və onların cəmiyyətdə mühüm rol oynayacaqlar. Dövlət başçısı möhtərəm Prezident İlham Əliyevin, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın da bu sahəyə xüsusi diqqət yetirməsini, bir çox dövlət əhəmiyyətli islahatların həyata keçirilməsini də layihə komandasının üzvlərinin nəzərə çatdırdı. Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən prof Nizami Yusubovla görüşdə əmədaşlarımlzdan dos. R.Şəmmədov, dos. K.Kazımov, m. A.Bünyadova, Z.Məmmədov və təlimçi komandanın üzvləri iştirak etmişdir.

Sonda qonaqlar Lənkəranın tarixi yerləri ilə taniş edilmişdir və Lənkəran haqqında onlara geniş məlumat verilmişdir.

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

   
 

     

       

 Lənkəran Dövlət Universiteti - 2015

Bütün hüquqlar qorunur

Vebadministrator