Lankaran State University

 

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

HEYDƏR ƏLİYEV MUZEYİ

VƏ İDARƏÇİLİK MƏKTƏBİ

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

Yeniliklər

 

Faydalı keçidlər

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

KİV LDU haqqında

10.11.2016:

TOLERANTLIQ AZƏRBAYCAN XALQININ SƏRVƏTİDİR

 

 

Lənkəran Dövlət Universitetində 16 noyabr – Tolerantlıq gününə həsr edilmiş tədbir keçirilmişdir. Heydər Əliyev Muzeyi və İdarəçilik Məktəbində keçirilən tədbiri universitetin rektoru vəzifəsini icra edən riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov açaraq multikulturalizmin və tolerantlığın tarixən Azərbaycan vətəndaşlarının həyat tərzinə və dövlət siyasətinin prioritet istiqamətinə çevrildiyindən, bu istiqamətdə tələbə-gənclərin qarşısında duran vəzifələrdən danışmışdır.

 

 

Universitetin Humanitar fənlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudov «Tolerantlıq Azərbaycan xalqının sərvətidir» mövzusunda məruzə etmişdir.

Müzakirədə universitetin müəllimlərindən tarix üzrə fəlsəfə doktorları Müşfiq Bayramov, Zaur Məmmədov, Fəxrəddin Hüseyn, dosent Tofiq Paşayev, İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Allahşükür Quliyev, magistr Mədinə Abışova, bakalavr tələbələrdən Günel Həsənzadə, Nigar Məmmədzadə, Gözəl Bağırzadə və başqaları çıxış edərək məsələyə münasibətini bildirdilər. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xəttin bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyi qeyd edildi.

 

 

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə «Multikulturalizm ili» elan olunduğunu bildirən müzakirə iştirakçıları belə bir tədbirin universitetin bütün fakültələrində keçiriləcəyini qeyd etdilər.

 

 

   
 
   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator