Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

Yeniliklər

 

Faydalı keçidlər

 

 

 

VİDEO =>

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

Lənkəran Dövlət Universitetində ali məktəblərdə tyutor vəzifəsində çalışmaq istəyən magistr dərəcəli məzunlar və magistraturanın sonuncu tədris ili tələbələri üçün kurslar təşkil olunur =>

 

 

 

 

 

LDU turizm hazırlığı üzrə beynəlxalq

TEMPUS  layihəsinin iştirakçısı oldu.

 

 

“Azərbaycan 2020:Gələcəyə baxış” inkişaf konsepsiyası çərçivəsində  ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi, beynəlxalq standartlara cavab verən turizm xidmət sahələrinin dairəsinin genişləndirilməsi ,bu sahənin rəqabət qabiliyyətinin yüksəldilməsi nəzərdə tutulur.Bu istiqamətdə əsas məsələlərdən biri də kadr hazırlığı probleminin uğurlu həllidir. LDU-da turizm və otelçilk ixtisasının açılması  da məhz  əmək bazarında turizm sahəsində çalışacaq peşəkar mütəxəssislərə olan tələbatın ödənilməsi məqsədinə xidmət edir.

 

 

 Bu  barədə  kadr hazırlığını beynəlxalq səviyyəyə çatdırmaq  məqsədilə LDU “Gürcüstan, Azərbaycan və  Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana menecmenti üzrə bakalavr-magistr hazırlığı” TEMPUS qrant layihəsinin təqdimat mərasimində söz açılıb. Qeyd edək ki,Fransanın Grenobl akademiyasının baş kordinator olduğu layihənin təşəbbüskarı Portuqaliyanın Espino ali məktəbidir.

 

 

  Təqdimat mərasimində   Fransanın Grenobl Akademiyasının professoru Jean Noyel Pachoud, layihənin texniki direktoru, Azərbaycan Texniki Universitetinin professoru,əməkdar elm xadimi  Həsən Hüseynov, ATU-nun baş mühasibi, iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru, dosent  Əfsər Dadaşov, Lənkəran Dövlət Universitetinin müəllim-tələbə heyəti iştirak edib.

 

 

 Təqdimat mərasimini universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov  açaraq qonaqlara bu elm ocağı barədə ətraflı  məlumat  verib,peşəkar kadr hazırlığında layihənin səmərəli olacağına inamını ifadə edib.TEMPUS layihəsinin əsas mahiyyəti barədə baş kordinator ,Fransanın Grenobl Akademiyasının professoru Jean Noyel Pashoud məlumat verib.Layihənin regional texniki direktoru professor Həsən Hüseynov Azərbaycandan layihədə iştirak edən tərəfdaş müəssisələr barədə danışıb,mehmanxana-otel menecmenti üzrə bakalavr-magistr hazırlığının əsas istiqamətlərini slaydların vasitəsilə şərh edib.

 

 

 Dosent  Mikayıl Məhərrəmov, elm və beynəlxalq əlaqələr şöbəsinin müdiri  Zaur Məmmədov regionun turizm imkanları,bu sahədə kadr hazırlığının vacib şərtləri və s.barədə   təklif  və mülahizələrini bildiriblər.

Müzakirələrdə  universitetin turizm və otelçilik ixtisası üzrə 1-ci tədris ili tələbələri və  ixtisas müəllimləri fəal iştirak edib.Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 



 

 

 

 

Digər xəbərlər =>

Azərbaycan alimləri diasporası"nın yaradılması haqqında elan burada =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator