Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

Xəbərlər...

  Əziz abituriyentlər! Lənkəran Dövlət Universitetinin qaynar tələbə həyatı sizi gözləyir! = >

 

Faydalı keçidlər

 

 

 

 

VİDEO =>

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

Lənkəran Dövlət Universitetində ali məktəblərdə tyutor vəzifəsində çalışmaq istəyən magistr dərəcəli məzunlar və magistraturanın sonuncu tədris ili tələbələri üçün kurslar təşkil olunur =>

 

 

Lənkəran Dövlət Universitetində bəzi ixtisaslar üzrə keçid balı aşağı endirildi =>

LDU-da tyutor kurslarının bu ilki nəticələri sevindirici oldu -

10 nəfər LDU-da işləmək imkanı qazandı!

 

 


LDU-da ötən il əsası qoyulan ənənə bu il də uğurla davam etdirildi. Müasir tədris prosesinin nizamlanmasında vacib halqalarından biri sayılan tyutorlarlarla (akademik məsləhətçi) artıq bu tədris ocağı özünü təmin etmək imkanı qazandı.Qeyd edək ki, LDU-nun tyutorlara olan ehtiyacını ödəmək məqsədi ilə ötən ildən başlayaraq ali məktəblərdə tyutor vəzifəsində çalışmaq istəyən magistr dərəcəli məzunlar və magistraturanın sonuncu tədris ili tələbələri üçün universitetin özündə kurslar təşkil olunur.
Bu gün həmin kursları uğurla bitirən bu ilki məzunlarla görüş keçirilib.Görüşü LDU-nun rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru,professor Natiq İbrahimov açıb. Görüş iştirakçılarını salamlayan professor Natiq İbrahimov onları təbrik edərək qazandıqları uğurlardan məmnunluğunu ifadə edib və sevinclərinə şərik olduğunu bildirib.Rektor müasir təhsil sistemində tyutorların işinin vacibliyini önə çəkərək onları tədris prosesinin səmərəliliyinin artırılmasında professor-müəllim heyətinə yardımçı olmağa,universitetin uğurlarının daha da artırılmasında fəal iştiraka çağırıb.
LDU-da tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məlumat verərək bildirib ki,bu ilki tyutor kurslarına 43 nəfər sənəd verib və onlardan 21 nəfəri müsabiqədən uğurla keçib, təlim kurslarının sonunda 12 nəfər müsbət nəticə qazanıb.Onların içərisində ən yaxşı nəticə əldə edən 10 nəfər olub.

 


Kursları müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təntənəli şəkildə təqdim olunub.Professor Natiq İbrahimovun bu ilki müdavimlərin hamısının LDU-da,Lənkəran və Astara pedaqoji kolleclərində işlə təmin olunacağı xəbərini gənclər sevinclə qarşılayıblar.
Sertifikatları universitetin rektoru Natiq İbrahimov, dosent İdrak Əsgərov,Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidov,Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov təqdim ediblər.
Yeni işə qəbul olunan tyutorların minnətdarlığını Leyla İbrahimova ifadə edərək, kurslarda məşğələlərin keyfiyyətli təşkilinə və işlə təmin olunmalarına görə rektor Natiq İbrahimova və təlimçilərə təşəkkür edib.
Sonda xatirə şəkilləri çəkilib.Xatırladaq ki,tyutor kursları müdavimlər üçün pulsuz-universitetin hesabına təşkil olunub.
 

 

 

 

 

 



 

ELAN:

Lənkəran Dövlət Universitetində bəzi ixtisaslar üzrə keçid balı aşağı endirildi =>

Digər xəbərlər =>

Azərbaycan alimləri diasporası"nın yaradılması haqqında elan burada =>

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator