Universitetimiz Struktur Tədris hissəsi Elmi hissə Tələbə qəbulu Fotoqalereya Az

Ru

En

 

 

 

 

 

 

Elektron Təhsil Şəbəkəsi

 

 

KİV LDU haqqında

 

 

      Yeniliklər

 

 

Faydalı keçidlər

 

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ

VALİDEYNLƏRLƏ GÖRÜŞ

 

 

Lənkəran Dövlət Universitetində valideynlərlə görüş keçirilib. Qonşu Astara, Masallı, Lerik, Biləsuvar, Yardımlı rayonları ictimaiyyətinin, elm və təhsil müəssisələrinin nümayəndələrinin də qatıldığı tədbiri universitetin rektoru vəzifəsini icra edən texnika elmləri doktoru, professor Nizami Yusubov ali təhsil ocağının valideynlərlə əlaqəsindən, bu gün Azərbaycan elminin və təhsilinin özünün yeni inkişaf mərhələsinə daxil olduğundan, bununla əlaqədar LDU-da görülən işlərdən, qarşıya qoyulan vəzifələrdən danışdı. Qeyd edildi ki, bu gün universitetin auditoriyalarında 2336 tələbə təhsil alır ki, bunun da 65%-i Lənkəran bölgəsindən olanlardır.Sağlam ali təhsil mühiti yaratmaq istiqamətində görülən işlərdən danışan professor Nizami Yusubov bildirdi ki, bu gün məqsəd təkcə savad vermək deyil, həm də hərtərəfli biliyə malik gənc mütəxəssislər hazırlamaqdır.

 

 

Universitet Valideynlər Şurasının sədri Sərhad Məmmədov gənclər arasında sağlam mühitin möhkəmlənməsində, savadlı, bilikli gənc mütəxəssislərin hazırlanmasında valideynlərlə əlaqənin daha da genişləndirməyin vacibliyini qeyd etdi.

 

 

Lənkəran Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Milli qəhrəmanın atası, Ələkbər Əliyev gənclərin vətənpərvərlik ruhunda tərbiyəsindən danışdı.

Valideynlər adından Arzu Miriyeva, Nəriman Əliyev, Şərqiyyə Kərimova, Vəfa Musayeva və başqaları çıxış edərək, son vaxtlar tələbələrə göstərilən diqqət və qayğıdan danışdılar, övladlarının daha yaxşı təhsil alamaları üçün göstərdiyi xidmətlərinə görə LDU rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

   
 

     

       

 Lənkəran Dövlət Universiteti - 2015

Bütün hüquqlar qorunur

Vebadministrator