Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Yeniliklər

 

Faydalı keçidlər

 

26.02.2017:

 

Soyqırım qurbanlarının xatirəsi anıldı

 

 

Lənkəran Dövlət Universitetinin kollektivi Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr olunmuş tədbirlər planına uyğun olaraq, şəhərin mərkəzində Soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə tər gül-çiçək dəstələri düzərək, soyqırım qurbanlarının xatirəsini yad etmişlər. Tədbirə universitetin rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov da qatılmışdır...

 

 

 

 

 

24.02.2017:

 

Xocalı soyqırımının iyirmi beşinci ildönümü

 

həsr olunmuş tədbir keçirildi

 

 

Lənkəran Dövlət Universitetində Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə universitetin rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov açaraq bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. O, çıxışını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sözü ilə davam etdirərək, dedi: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

Bundan sonra Xocalı soyqırımına məruz qalan azərbaycanlıların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi və Xocalı soyqırımı haqqında videofilm nümayiş etdirildi.

 

 

Daha sonra məruzə üçün söz "Tarix və onun tədrisi metodikası" kafedrasının dosenti tar.ü.f.d. Rakif İbadova verildi. Məruzədə qeyd olundu ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

 

 

Məruzə ətrafında Tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən  prof. Yədulla Ağazadə, Humanitar fakültənin dekan müavini tar.ü.f.d.Kamal Mahmudav, Universitetin doktorantı Ülkər Hüseynova Tərcümə (İngilis dili üzrə) IV tədris ili tələbəsi, Tələbə HİK sədri Arzu Nəsibova, “Maliyyə” ixtisasının III tədris ili tələbəsi Elnur Səmədzadə və başqaları çıxış edərək, bildirdilər ki, bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. Deyildi ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Tədbiri  universitetin rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov yekunlaşdırdı.

 

 

 

 

 

 

24.02.2017:

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminar keçirildi.

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

 

 

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator