Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

elmi_jurnal

 

 

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Yeniliklər

 

Faydalı keçidlər

 

2017-ci il  KEYFİYYƏT İLİ ELAN OLUNDU

Qış semestrini uğurla başa vuran və imtahan nəticələrindən razı qalan Lənkəran Dövlət Universitetinin tələbələri yeni semestrə fevral ayının qarlı-şaxtalı günləri ilə başladılar.

İntensiv yağan qar universitetin gündəlik həyatına mane ola bilmir. Tələbələr dərslərə müntəzəm davam edir, mühazirə və seminar müəllimlərinin tövsiyələrinə əməl edir, kollokviumlara səylə hazırlaşırlar.

Professor-müəllim heyəti də tələbələrin hərtərəfli dünyagörüşə malik olmaları, ixtisaslarına aid olan fənləri dərindən mənimsəmələri üçün daim çalışırlar. Yaz semestrin başalanması ilə əlaqədar keçirilən yığıncaqda LDU-nun rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov  2017-ci ili KEYFİYYƏT İLİ elan etmişdir.

Əlverişsiz hava şəraitinə baxmayaraq, Universitetin tədris korpuslarında dərslər əvvəlki kimi davam edir. Tələbələrin gediş-gəlişinə maneçilik yaratmasın deyə, tədris korpuslarının qarşısı, cığırlar və əsas yollar təmizlənir.

Bütün tələbələrimizə dərslərində uğurlu nəticələr əldə etməyi arzulayırıq! Yolunuz qar kimi bəyaz və təmiz olsun!!!

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

 

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator