Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Xəbərlər...

   

 

Faydalı keçidlər

 

 

 

 

VİDEO =>

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

Qiyabi təhsil forması üzrə I tədris ili tələbələrinin nəzərinə:

2017/2018-ci tədris ilində LDU-nə qiyabi təhsil forması üzrə qəbul olunmuş tələbələrin ilk sessiya müddəti 2017-ci il oktyabr ayının 10-dan 28-dək davam edəcəkdir.

 

 

Tələbələrin nəzərinə:

15 sentyabr 2017-ci il tarixdə LDU-nin 2 saylı tədris korpusunda yeni tədris ilinin başlanmasına həsr olunmuş "Bilik günü" adlı tədbir keçiriləcəkdir. Bütün LDU kollektivi dəvət olunur.

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

LDU yeni tədris ilinə tam hazırdır.


Bu təhsil ocağı yeni tədris ilini yeni sürprizlərlə qarşılayır!
Lənkəran Dövlət Universiteti yeni – 2017/2018-ci tədris ilinə tam hazırdır. Artıq LDU-nun inzibati binasında, 1 və 2 saylı tədris korpuslarında əsaslı və cari təmir işləri demək olar ki, sona çatıb. Bu ilki tədris ilinin diqqətçəkən yeniliklərindən biri LDU-da ilk dəfə olaraq paytaxtdan və digər bölgələrdən dəvət edilmiş professor-müəllim heyəti üçün xidməti mənzillərin inşa olunmasıdır.
Qeyd edək ki, Azərbaycan Respublikasında ali təhsilin Avropa məkanına inteqrasiyası məqsədi ilə ali təhsil müəssisələri Baloniya prosesinə qoşulub. Baloniya prosesinin əsas müddəalarından biri də ali təhsil müəssisələrinin müəllim və tələbələrinin mübadiləsindən ibarətdir.
Eyni zamanda, Аzərbаycаn Respublikası Prezidentinin 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 2-ci bəndinə əsasən ali təhsil müəssisələrində kampusların yaradılması nəzərdə tutulub.

LDU-da artıq bu istiqamətdə ilk addımlar atılıb.Universitetin 2 saylı tədris korpusunun ərazisindəki keçmiş ittifaqdan qalma olan uçuq-sökük anbar binası rekonstruksiya olunaraq yaşayış üçün tam yararlı hala salınıb. 6 ədəd 2 otaqlı mənzillərin hər birinin umumi sahəsi 50,5 kv.m-dir. Xidməti mənzillərdə yaşayış üçün hər cür şərait yaradılıb, su-kanalizasiya, istilk, işıqlandırma sistemləri qurulub, yumşaq mebel, televizor və lazımi mətbəx avadanlıqları ilə təmin edilib. Burada texniki işçilərin yerləşdirilməsi məqsədilə də 2 yeni otaq inşa olunub.Gələcəkdə bu işlərin davamlı aparılması planlaşdırılır.
Eyni zamanda, inzibati binada, 1 və 2 saylı tədris korpuslarında yay tətili günlərində əsaslı təmir bərpa işləri görülüb. Su-kanalizasiya, istilk, işıqlandırma sistemlərində olan nasazlıqlar aradan qaldırılıb, sıradan çıxmış oturacaqlar, yumşaq mebellər yenisi ilə əvəzlənib, 900 kv.m əraziyə əlavə asfalt döşənilib. 1 saylı tədris korpusunun həyətində 2 yeni su quyusu inşa olunub.
Tədris korpuslarının həyətində abadlıq və yaşılaşdırma işləri aparılıb,xeyli sayda yeni ağac və gül kolları əkilib.
Universitetin bütün binalarında yeni mühafizə xidməti yaradılıb.
Tədrisdə təcrübi məşğələlərin keçirilməsi məqsədilə Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən bu il LDU-ya 5 ha torpaq sahəsi ayrılıb. Ayrılmış torpaq sahəsində aqrar ixtisaslarda təhsil alan tələbələr təcrübə əkinlərini həyata keçirəcəklər.
Bir sözlə,ölkənin nüfuzlu ali təhsil ocaqlarından biri olan LDU yeni tədris ilində professor-müəllim,tələbə heyətini qarşılamağa tam hazırdır!

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator