Lankaran State University
  Az En Ru

 

 

 

 

 

 

 

   ???? ? ?????

   

 

 

 

LDU-nun rektoru vəzifəsini

icra edən prof. Natiq İbrahimov

rector@lsu.edu.az

 

 

 

 

 

 

 

 

 

elmi_jurnal

 

 

LDU vakant iş yerlərinə qəbul elan edir...

 

 

 

 

 

Xəbərlər...

   

 

Faydalı keçidlər

 

 

 

 

VİDEO =>

 

 

 

 

 

LDU-da professor Nihan Əliyevin rəhbərliyi ilə "Riyaziyyatın müasir problemləri" mövzusunda seminarlar təşkil edilir.

 

AKTUAL ELANLAR

 

Qiyabi təhsil forması üzrə I tədris ili tələbələrinin nəzərinə:

2017/2018-ci tədris ilində LDU-nə qiyabi təhsil forması üzrə qəbul olunmuş tələbələrin ilk sessiya müddəti 2017-ci il oktyabr ayının 10-dan 28-dək davam edəcəkdir.

 

 

Tələbələrin nəzərinə:

15 sentyabr 2017-ci il tarixdə LDU-nin 2 saylı tədris korpusunda yeni tədris ilinin başlanmasına həsr olunmuş "Bilik günü" adlı tədbir keçiriləcəkdir. Bütün LDU kollektivi dəvət olunur.

 

 

 

Lənkəran Dövlət Universitetinin Elektron Təhsil Şəbəkəsi

 

Lənkəran Dövlət Universitetində

professor-müəllim heyəti üçün hazırlanmış xidməti mənzillərin açarları bu gün təntənəli şəkildə sahiblərinə təqdim olunub.


Аzərbаycаn Respublikası Prezidentinin 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 2-ci bəndinə əsasən ali təhsil müəssisələrində kampusların yaradılması nəzərdə tutulmuşdur.
Eyni zamanda, Azərbaycan Respublikasında ali təhsilin Avropa məkanına inteqrasiyası nəzərdə tutulur və ölkənin ali təhsili Baloniya prosesinə qoşulmuşdur. Baloniya prosesinin müddəalarından biri də ali təhsil müəssisələrində müəllim və tələbələrinin mübadiləsindən ibarətdir.
Lənkəran Dövlət Universitetində bu istiqamətdə artıq ilk addımlar atılır.Bu il ilk dəfə olaraq LDU-da professor-müəllim heyətinin mobilliyini təmin etmək məqsədilə hər birinin sahəsi 50,5 kv.m olmaqla 6 ikiotaqlı mənzil tikilərək istifadəyə verilib.Qeyd edək ki, mənzillər qonaq, yataq otaqları, eləcə də mətbəx və sanitar qovşağı ilə girişdən ibarətdir. Binada eyni zamanda texniki otaqlar və anbar da nəzərdə tutulmuşdur. Beləliklə, istifadəyə veriləcək binanın ümumi sahəsi 360 m2 təşkil edir. Mənzillər zəruri avadanlıqlarla (televizor, soyuducu, yataq dəsti, stol, stul və yumşaq mebel) tam təmin edilib.
Bu gün LDU-nun 2 saylı tədris korpusunun ərazisində inşa olunmuş yeni xidməti mənzillərin təntənəli açılış mərasimi keçirilib.Açılış mərasimini giriş sözü ilə LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb.Natiq İbrahimov son illər ölkədə təhsilin inkişafı istiqamətlərində aparılan davamlı və səmərəli işdən danışıb,ölkə rəhbəri prezident cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının təhsilimizin inkişafına müsbət yönümdə təsir etdiyini vurğulayıb. Rektor xidməti mənzillərin tikintisində təhsil nazirliyinin universitetə verdiyi maddi və mənəvi dəstəyə görə kollektiv adından minnətdarlığını bildirib.
Açılış mərasiminə qatılan Lənkəran şəhər icra hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, respublika təhsil nazirliyinin elm,ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov və digərləri çıxışlarında universitetin professor-müəllim-tələbə heyətini ilk öncə yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edərək cari dərs ilində uğurlar arzu ediblər.Çıxışçılar yeni mənzil alanlara Azərbaycan elminin inkişafı naminə uğurlu fəaliyyət arzulayıblar.
Yeni mənzilə köçənlərin minnətdarlıq duyğularını gənc alim Vüsal Rzayev çatdırıb.O,göstərilən diqqət və qayğıya görə təhsil nazirliyinin rəhbərliyinə,LDU rəsmilərinə və bu işdə zəhməti keçənlərə yeni mənzil alanlar adından təşəkkürünü bildirib,bu etimadı səmərəli fəaliyyətləri ilə doğruldacaqlarını deyib.
Açılış mərasimindən sonra xidməti mənzillərin açarları təntənəli şəkildə sahiblərinə təqdim olunub.Tədbir iştirakçıları mənzillərdə yaradılan şəraitlə əyani tanış olublar.
 

 

 

 Ünvanımız: Azərbaycan Respublikası, Az4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.

 E-mail: office@lsu.edu.az;      Telefonlar:  (+994) 025 255 03 40,    025 255 10 35;      Faks:   (+994) 025 255 27 86

   
 

     

       

  © Lənkəran Dövlət Universiteti - 2016

Bütün hüquqlar qorunur

Vebadministrator